Nycticebus coucang (Sunda yavaş lorisi) və ya böyük yavaş lori — İndoneziya, Qərbi Malayziya, cənubi Tailand və Sinqapura məxsus olan strepsirrin primat növüdür. Başdan quyruğa qədər uzunluğu 27-38 sm (11-15 düym), çəkisi isə 599-685 qram (21,1-24,2 unsiya) arasında dəyişir. Digər yavaş lorislər kimi onun da nəm burnu (rinarium), yumru başı, qalın xəz altında gizlənmiş kiçik qulaqları, düz üzü, iri gözləri və rudiment quyruğu var.

Taksonomiya və filogeniya

Sunda yavaş lorisi ilk dəfə 1785-ci ildə holland həkimi və təbiətşünası Piter Boddert tərəfindən "Tardigradus coucang" adı ilə təsvir edilmişdir. Lakin onun kəşfi 1770-ci ilə aiddir, holland Arnout Vosmaer (1720-1799) onun nümunəsini bir növ tənbəl heyvan kimi təsvir etmişdir. Vosmaer ona "le paresseux pentadactyle du Bengale" ("Benqalin beşbarmaqlı tənbəl heyvanı") fransız adını vermişdir, lakin Boddaert daha sonra onun Seylon (indiki Şri-Lanka) və Benqal loriləri ilə daha yaxın əlaqəli olduğunu iddia etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:1785-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Cənub-Şərqi Asiya məməliləri Kateqoriya:Primatlar Kateqoriya:Asiya faunası Kateqoriya:Piter Boddert tərəfindən adlandırılmış taksonlar