Elli Rouzell () — İngiltərə müğənnisi; musiqiçi. Hazırda "Wolf Alice" indi-rok qrupunun solisti və gitaraçısı kimi fəaliyyət göstərir. Qrup onun rəhbərliyi altında nüfuzlu "Merkuri" mükafatına layiq görülüb. Soprano səs tembrində oxuyur.
Erkən illəri Elli Rouzell 1992-ci ildə Londonun şimalında, Arçvey adlanan məhəllədə, irlandların sıx yaşadığı ərazidə doğulub. Nənə və babası İrlandiyanın paytaxtı Dublindən köçüb gəliblər. Orta təhsilini 2003–2010-cu illərdə Kamden qızlar məktəbində alıb. Məktəbli ikən ədəbiyyata böyük maraq göstərib, hekayələr və şeirlər qələmə alıb. On dörd yaşında gitarada çalmağı öyrənib və bir müddət sonra "GarageBand" kompüter proqramının köməyi ilə öz mahnılarını yazmağa başlayıb.
Şəxsi həyatı İfaçı 2018-ci ilin payızında həmkarı Ayzek Holmanla nişanlanması haqqında mətbuatda yayılan məlumatları yalan adlandırıb. 2021-ci ilin əvvəlində isə Rouzell ictimaiyyətə maraqlı bir açıqlama verib. O, bir müddət əvvəl iştirak etdiyi musiqi festivalında məşhur rok ifaçısı Merilin Mensonun səhnə arxasında "GoPro" kamerası ilə ona qarşı ədəbsiz hərəkətə yol verdiyini bildirib. Bu açıqlama Mensona qarşı bir sıra başqa şəxslərin də oxşar şikayətlərindən sonra gəlib.
Siyası mövqeyi 2017-ci ildə Britaniyada keçirilən parlament seçkilərində siyasi mövqeyini açıq şəkildə ortaya qoyub. O, Leyboristlər Partiyasını dəstəklədiyini bildirib və seçiciləri ədalətli və ədalətsiz qüvvələr arasında seçim etməyə çağırıb. Xüsusilə partiyanın o vaxtkı rəhbəri Ceremi Korbinin güclü tərəfdarı olub. Təsadüfi deyil ki, həmin il oktyabrda Korbin də öz növbəsində Rouzellin qrupunu dəstəkləyib. O, sosial şəbəkədə "Wolf Alice" qrupunun yeni "Visions of a Life" albomunun alınmasına çağırış edib. Məqsəd albomu Britaniya musiqi cədvəllərində birinci yerə çıxarmaq və məşhur müğənni Şanaya Tveynin "Now" albomunu qabaqlamaq olub. Korbin bu addımını qrupun seçkilərdə ona göstərdiyi dəstəyə cavab kimi izah edib.
Diskoqrafiya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Britaniya musiqiçiləri