thumb|Mərkəzi Çindəki Üç dərə SES dünyanın istənilən növ elektrik enerjisi istehsal edən ən böyük obyektidir.

Su elektroenergetikası və ya hidroelektroenergetika — axar sudan və ya su dalğasından elektrik enerjisinin istehsalına aid məsələləri ehtiva edən elektroenergetika sektorunun alt sektoru.

Enerji mənbəsi kimi sudan istehsal edilən elektrik enerjisi 2023-cü ildə təqribən 4,210 TWh (Teravatt saat), yəni dünya elektrik enerjisi tələbatının 15%-ni təmir edir ki, bu da bütün digər bərpa olunan mənbələrdən, həmçinin nüvə enerjisinin təmin etdiyi elektrik enerjisindən artıqdır. Su mənbələri iri miqdarda karbonsuz elektrik enerjisinin istehsalını təmin edə bilər ki, bu da onu təhlükəsiz və təmiz elektrotəchizat elementinə çevirir. Su anbar və bəndləri olan su-elektrik stansiyası (SES) çevik idarəolunabilən elektroistesalçı hesab olunur. Çünki, SES-də istehsal olunan elektrik enerjisinin miqdarı dəyişən elektrik tələbatına cavab olaraq saniyələr və ya dəqiqələr ərzində artırıla və ya azalda bilir. SES tikildikdən sonra o, birbaşa tullantı yaratmır və demək olar ki, həmişə qalıq yanacaqla işləyən istilik enerji stansiyalarından (İES) nəzərəçarpacaq dərəcədə az istixana qazı buraxır. Lakin bir hissəsi su altında qalan rütubətli akvatorial meşədə tikildikdə, SES əhəmiyyətli miqdarda istixana qazları buraxılmasına səbəb ola bilər.

SES tikintisi əkin sahələrinin azalması və əhali yerdəyişməsi kimi, əhəmiyyətli təsirlərə səbəb ola bilər. Onlar həmçinin çayın təbii ekologiyasını pozaraq oradakı canlı və ekosistemə, o cümlədən lillənmə və eroziyaya təsir göstərirlər. Su bəndi daşqın riskini azaldsa da, onun dağılması fəlakətə səbəb ola bilər.

2021-ci ildə dünyada SES-lərin qoyuluş gücü az qala 1400 GVt-a çatdı ki, bu da bərpa olunan enerji mənbələrindən (BOEM) elektrik enerjisinin istehsalı texnologiyaları arasında ən yüksək göstəricidir. Ekoloji problem və coğrafi məhdudiyyətlərə rəğmən SES-lər Braziliya, Norveç və Çin kimi ölkələrin energetika infrastrukturunda aparıcı rol oynayır.

Suqabarma enerjisi sahilyanı bölgələrdə istehsal edilir.

2022-ci ildə Çin su mənbələrindən 24 GVt əlavə elektrik istehsal edib ki, bu da dünya su elektrik istehsalının az qala 3/4 hissəsini təşkil edir. Eynilə, Avropa 2 GVt əlavə elektrik istehsa ledib ki, bu da 1990-cı ildən bəri region üçün ən yüksən göstəricidir. Dünya miqyasında sudan elektrik istehsalı 2022-ci ildə 70 TVt-saat (2% artaraq) artaraq, ən iri BOEM-ə çevrilib.

Tarixi thumb|Muzey 1900-cü ildə Serbiyanın Ujitse şəhərində qurulmuş "Şəhər altında" SES Axar su enerjisi qədim zamanlardan su dəyirmənlarında üyüdmə və başqa faydalı iş əmsalına yünəldilib. XVIII əsrin sonlarında sənaye inqilabızamanı hidravlik enerji BOEM-dən elektrik istehsalı üçün istifadə edilib. 1700-cü illərin ortalarında fransız mühəndisi Bernard Forest de Belidor şaquli və üfüqi oxlu hidravlik maşınları təsvir edən "Architecture Hydraulique" adlı kitabını nəşr edib və 1771-ci ildə Riçard Arkvraytın su enerjisi, su çərçivəsi və davamlı istehsal sistemlərinin kombinasiyası nəzəriyyəsi müasir sənaye sistemlərinin inkişafında mühüm rol oynayıb.

1840-cı illərdə yaradılmış hidroelektrikin istehsalı və istehlakçıya çatdırılmasını üçün su elektroşəbəkələri yaradılıb, inkişaf etdirilib.

XIX əsrin sonlarında elektrik generatorları inkişaf etdirilərək, hidravlika ilə eyni istehsal zəncilinə qoşulub. Sənaye inqilabından qaynaqlanan tələbat texnikiji inkişafa səbəb olub.

1878-ci ildə İngiltərənin Northumberland bölgəsindəki Krəksayd (Cragside) qəsrində William Armstrong tərəfindən dünyanın ilk SES sxemi hazırlanıb. O sistem ixtiraçının sənət qalereyasındakı bir qövs lampasını yandırmaq üçün istifadə olunub. Niaqara şəlaləsi yaxınlığında, ABŞ-ın 1 №-li köhnə Schoelkopf SES-i 1881-ci ildə elektrik istehsalına başlayıb. İlk Edison SES-i olan Vulkan Küçə Zavodu 30 sentyabr 1882-ci ildə Viskonsin ştatının Appleton inzibati dairə mərkəzində təxminən 12.5 kilovatla istehsala başlayıb.

1886-cı ilə qədər ABŞ və Kanadada cəmin 45 SES olsa da, 1889-cu ildə təkcə ABŞ-də 200 SES olub. thumb|Uorvik qalası su elektrik generator evi 1894-cü ildən 1940-cı ilə qədər qala üçün elektrik istehsalı üçün istifadə edilib. XX əsrin əvvəllərində kommersiya qurumları tərəfindən şəhərlərə yaxın dağlarda çoxsaylı kiçik SES (KSES) tikilib.

1925-ci ildə Fransanın Qrenobl şəhərində bir milyondan artıq ziyarətçinin istirakı ilə Beynəlxalq Su Energetikası və Turizm Sərgisi keçirilib.

1920-ci ildə ABŞ-də elektrik enerjisinin 40%-i SES-lərdən istehsal olunduğu zaman Federal Elektroenergetika Qanunu qüvvəyə minib. Qanun əsasənda SES-lərin federal torpaq və suda fəaliyyətini tənzimləmək üçün Federal Elektroenergetika Komissiyası yaradılıb. SES-lər böyüdükcə, onların su bəndlərində daşqına qarşı mübarizə, suvarma və naviqasiya da daxil olmaqla əlavə funksiyalar inkişaf etdirilib. Genişmiqyaslı tikinti üçün federal maliyyə zərurti yarandığı üçün Tennessi Vadisi Hakimiyyəti (1933) və Bonneville Elektroenergetika İdarəsi (1937) kimi federal korporasiyalar yaradılıb. Əlavə olaraq, XX əsrin əvvəllərində ABŞ-ın Qərbində suvarma layihələrini həyata keçirməyə başlayan ABŞ Meliorasiya Bürosu indi 1928-ci ildə Hoover bəndi kimi böyük hidroelektrik layihələri reallaşdırıb.

ABŞ Ordusunun Mühəndislər Korpusu 1936-cı il Daşqınlara Nəzarət Qanunu ilə subasmalar üzrə federal nəzarət agentliyi kimi təsis edilərək 1937-ci ildə Bonneville Su Bəninin inkişafına cəlb edilib.

SES-lər XX əsr boyu böyüdülüb. Hətta, bu dövrdə su elektroenergetikası "ağ kömür" adlandırılıb. Hoover Damın ilkin olaraq qoyuluş gücünə malik SES, 1936-cı ildə isə dünyanın ən böyük SES-i olub, lakin 1942-ci ildə gücündə "Grand Coulee" bəndi onu üstələyib.

Itaipu bəndi 1984-cü ildə Cənubi Amerikada ən böyük bəndi kimi qoyuluş güncü ilə açılsa da, 2008-ci ildə gücündə Çindəki ÜçDərə SES onu üstələyib.

Su elektroenerjisi sonda bəzi ölkələri, o cümlədən Norveç, Konqo Demokratik Respublikası, Paraqvay və Braziliyanın elektrik enerjisinə olan tələbatının 85%-dən artıq hissəsini təmin edir.

Gələcək potensial 2021-ci ildə Beynəlxalq Energetika Agentliyi (BEA) iqlim dəyişikliyi təsirlərinin azaldılması üçün daha çox səy tələb olunduğunu qeyd etib. Buna görə bəzi ölkələr öz su elektroenergetika potensialını inkişaf etdirərək, artım üçün çox az yer saxlayıblar: İsveçrə öz potensialının 88%-ni, Meksika isə 80%-ni reallaşdırıb.

2022-ci ildə BEA 2022–2027-ci illər ərzində 141 GW əsas hidroelektroenergetikadan proqnozunu açıqladı ki, bu da 2017–2022-ci illər üzrə istehsaldan bie balaca aşağıdır. Çünki, ekoloji icazələrin verilməsi və tikinti müddətləri uzun olduğundan, onlar sürətləndirilməsi halında yalnız əlavə 40 GVt istehsal olunacağı güman edilir ki, bu da su elektroenerjisi potensialının aşaöğı səviyyədə qalacağını güman etməyə əsas verir.

İnfrastruktur yenilənməsi 2021-ci ildə BEA iddia edirdi ki, SEs-lərdə əsaslı yeniləmələrə ehtiyac duyulur 67 

Genrasiya üsulları

Ənənəvi (su bəndləri) Əksər SES-lərdə elektrik enerjisi su turbinini və generatorunu idarə edən bəndlənmiş suyun potensial enerjisindən istehsal edilir. Su axın gücündən alınan elektrik enerjisinin həcmi mənbə ilə suyun çuxuru arasındakı hündürlük fərqindən asılıdır. Su ili borularla su anbardan turbinə çatdırır.

Elektriksaxlama su anbarı

Bu üsuldan pik saatlarda müxtəlif yüksəkliklərdə yerləşən su anbarları arasında suyun hərəkətə gətirilməsi ilə elektrik tələbatını təmine tmək üçün istifadə edilir. Elektrik tələbatı az olduqda, izafi elektrik enerjisi suyun yenidən su anbarına vurulması üçün istifadə olunur və beləliklə tələbat davamlı şəkildə təmin olunur. Tələb artdıda isə su yenidən anbardan üzü aşağı buraxılaraq, elektik istehsal olunur.

2021-ci ildə nasosla təchiz edilmiş elektriksaxlama sxemləri dünyada 190 GW-lıq su elektriksaxlama sistemlərinin hardasa 85%-ni təşkil etməklə, gündəlik tələbat-təminetmə (SAİDİ, SAİFİ) əmsalını yaxşılaşdırdı. Elektriksaxlama su anbarı BOEM sayılmadığı üçün, reytinq siyahılarından mənfi rəqəmlə işarələnir.

Axar çay enerjisi Axar çay SES-ləri kiçik su anbarına malik və ya ümumiyyətlə su anbarına malik olmayan SES-lərdir. Bu SES-də yalnız hündürdən axan su elerjisindən elektrik istehsal olunur və ancaq izafi su istifadəsiz qalır. Bununla müqayisədə hündürlükdəki göldən və ya su anbarından sabit su axıdılması kəsilməz təchizat üçün bəlli üstünlüklər verir.

Suqabarmalar Suqabarma SES-i böyük su hövzəsində (okean, dəniz) suyunun qabarması və çəkilməsi gününün elektrik çervirilməsi nəticəsində elektrik istehsal edir. Suqabarma günü proqnozlaşdırılabiləndir və konkret məqandakı şərtlər su anbarlarının tikintisinə imkan verirsə, yüksək tələbat dövründə, suqabarma SES-i idarəolunabilən BOEM kimi, elektrik enerjisi istehsal etmək üçün tətbiq edilə bilər. Az yayılmış SES növləri suyun kinetik enerjisindən və ya sualtı təkərlər kimi səmərəsiz BOEM-dən istifadə edir. Suqabarma gücü dünyanın az-az yerlərində qurulan SES-lərdə istifadə olunur. Xəzər dənişinin hövzəsi suqabarma elektrik potensiaslının aşağı olduğu su hövzəsi sayılır.

Kəmərli SES Kəmərli SES elektrik enerjisi istehsal etmək üçün süni borular vasitəsilə su təchizatı sisteminin bir hissəsi kimi suyun mexaniki enerjisindən istifadə edir. Burada ictimai su təchizatı üçün istifadə edilən buru kəmərləri BOEM kimi istifadə edilir. Bəzi elmi mənbələr kəmərli SES-lərə mövcud su tunel, kanal və ya akvedukalarla axıdılan suyun günüdən alınan elektriki d əlavə edirlər.

SES qurğularının ölçüləri, növləri və tutumları SES təsnifatı iki yüksək kateqoriyadan başlayır:

KSES (ingiliscə SHP) və böyük SES (BSES) (ingiliscə LHP).

Gücü 50 MVt və ya daha çox olan stansiya BSES hesab olunsa da, SES-in KSES və ya BSES kimi təsnifatı onun qoyuluş gücünə əsaslanır və bu növləri fərqləndirən güc həddi ölkəyə görə dəyişir. Məsələn, Çin üçün KSES gücü 25 MVt-dan, Hindistan üçün 15 MVt-dan, əksər Avropanın ölkələri üçün isə 10 MVt-dan aşağıdır.

KSES və BSES-lər bir-birini istisna etməyən bir çox alt kateqoriyalara bölünürlər. Məsələn, bir neçə metrdən on metrlərə qədər hidrostatik başlığı olan SES KSES və ya da BSES kimi təsnifləşdirilə bilər. KSES və BSES arasındakı digər fərq su axınının tənzimlənməsinin dərəcəsidir: tipik KSES-də BSES ilə müqayisədə daha az tənzimləmə ilə ilk növbədə təbii su axıdılmasından istifadə edir. Buna görə də, KSES termini daha çox çay-axını-SES ifadəsinin sinonimi kimi başa düşülür olunur.

Böyük obyektlər Dünyanın ən böyük enerji istehsalçıları SES-lərdir. Bəzi SES obyektləri indiki ən iri atom elektrik stansiyalarının qoyuluş gücündən iki dəfədən artıq elektrik istehsal edir.

BSES-lərin güc diapazonu üçün rəsmi tərif mövcud olmasa da, hər bir halda bir neçə yüz meqavatdan çox elektrik-istehsal qurğulari iri SES obyektləri hesab olunur.

Aşağıda göstəildiyi kimi, dünyada () və daha çox gücə malik yalnız yeddi obyekt fəaliyyət göstərir. RankStationCountryLocationCapacity (MW)1.Üçdərə SES22,5002.Baihetan SES16,0003.Itaipu SES14,0004.Ksiluodu SES13,8605.Belo Monte SES11,2336.Guri SES10,2357.Vudongd SES10,200

KSES-lər KSES kiçik yaşayış məntəqəsəinə və ya sənaye qurumuna xidmət edən SES-dir. KSES qoyuluş gücüna dair tələblər ölkədən ölkəyə fərqləndsə də,10 meqavata (MW) qədər istehsal gücü SES-in yuxarı güc həddi kimi qəbul edilir. Bu göstərici Kanada və ABŞ-də və a qədər qaldırılıb . thumb|Vyetnamda mikro-su qurğusu thumb|Kambocanın Mondulkiri əyalətində (xalet) Pico SES KSES azqiymətli BOEM kimi elektrik paylayıcı şəbəkələrə qoşula bilər. Bununla yanaşı, KSES şəbəkədən istifadə etmək üçün ötürücü sistemə qoşulma iqtisadi cəhətdən səfrli olmayan, qapalı elektropaylarıcı şəbəkəsi olan və ya elektropaylayıcı şəbəkəsi olmayan yerlərdə tikilə bilər. KSES-lər adətən minimal su anbarları və mülki quraşdırma işləri təlb etdiyindən, BSES-lə müqayisədə ətraf mühitə nisbətən az təsir edir. Bu azmiqyaslı təsir istismar edilən su axını ilə enerji istehsalı həcmi arasındakı tarazlıqdan çox asılıdır.

Mikro SES-lər