Tuba Melis Türk (; ) — Azərbaycan əsilli Türkiyə kino və televiziya aktrisası və fotomodeli.
Həyatı Tuba Melis Türk 1990-cı il sentyabrın 7-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində anadan olub. Onun atası Azərbaycan əsilli Malatyalı bir şəxsdir; anası isə Bolqarıstanlı mühacir Metanet Türk onu vətəni Bolqarıstanda tətildə olarkən dünyaya gəlib.
Onun Mustafa Kamal Türk adlı bir qardaşı var.
Özünün etirafına görə, o, uşaq vaxtı oğlan xasiyyətlik olub, üsyankar bir uşaq kimi böyüyüb, orta məktəbdə çalışqan və qapalı olub, şeir və pyeslər yazıb.
Tuba Melis Türk İstanbul Aydın Universitetinin İncəsənət, Dram və Aktyorluq fakültəsini və "Akademi Neo" təhsi müəssisəsinin aktyorluq kurslarını bitirib. Tələbəlik illərində çox çalışqan olub, eyni zamanda xorda iştirak edib, rəsm əsərləri yaradıb.
Əmək fəaliyyəti Tuba Məlis Türk 2010-cu ildə "Cəhənnəm 3D" adlı ilk türk 3D filmində rol alıb.
2011-ci ildə o, 21 yaşında "Best Model of Turkey 2011" müsabiqəsinin qalibi olub.
2020-ci ildə o, "Survivor 2020" televiziya proqramında "məşhurlar komandası"nda yarışıb.
Filmoqrafiya İlAdıRoluQeyd2019Hayatta Olmaz2017TutsakNazlı2017Fazilet Hanım ve KızlarıNil2016Muhteşem Yüzyıl: KösemKatherina2015KaçakZeynep(son epizod)2014Şimdi Onlar DüşünsünÖzge(4–7-ci epizodlar)2013 2014MerhametMelike2014Hatasız Kul OlmazDuygu2014Sana Bir Sır VereceğimDeniz2013Leyla ile MecnunPeri KızıTaş Bebek2012 2013KremŞelale2011Kolpaçino: Bomba2010Cehennem 3D2008Sevgili DüşmanımEzgi2007AnnemBaşak2007Senin UğrunaEmel2006Arka SokaklarNesrin2004Büyük BuluşmaYasemin2012Adını Feriha KoydumRüya Çelikqısa səhnəcik2012BitmesinKara EkmekCananqısa səhnəcik
İstinadlar
Kateqoriya:Türkiyə aktrisaları Kateqoriya:XXI əsr Türkiyə aktrisaları Kateqoriya:Türkiyə film aktrisaları