Amber alert ()— uşaq qaçırılması ilə bağlı xəbərdarlıq sistemi tərəfindən ictimaiyyətdən qaçırılmış uşaqların tapılmasında kömək istəmək üçün göndərilən xəbərdarlıq mesajıdır
Amber xəbərdarlığı, 13 yanvar 1996-cı ildə Texasın Arlington dairəsində qaçırılan və dörd gün sonra qətlə yetirilmiş vəziyyətdə tapılan 9 yaşlı Amber Rene Hagerman şərəfinə adlandırılıb. Regional olaraq başqa adlardan istifadə edilib: Corciya ştatında "Levi's Call" (Levi Fradinin xatirəsinə); Havayda "Maile Amber Alert" (Maile Gilbertin xatirəsinə); Arkanzasda "Morgan Nick Amber Alert" (Morgan Nickin xatirəsinə); Yutada "Rachael Alert" (Rachael Runyanın xatirəsinə); və Aydahoda "Monkey's Law" (Michael "Meymun" Cozef Voqanın xatirəsinə). Sistem Hagermanın adını daşısa da, "AMBER" rəsmi olaraq "America’s Missing: Broadcast Emergency Response" abreviaturudur.
Xəbərdarlıqlar kommersiya və ictimai radio stansiyaları, internet radiosu, peyk yayımı, televiziya stansiyaları, mətn mesajları və kabel televiziyası vasitəsilə yayılır. Xəbərdarlıqlar həmçinin elektron poçt, elektron yol hərəkəti vəziyyəti nişanları, kommersiya elektron reklam lövhələri və ya SMS mətn mesajları vasitəsilə verilir.Magazine.noaa.gov Lamaroutdoor.com
ABŞ Ədliyyə Nazirliyinin Amber xəbərdarlığı ilə bağlı məlumatları coğrafi uyğunluqda göstərmək üçün Google və Facebook ilə əməkdaşlıq etmişdir. Amber siqnalı elan etmək qərarı qaçırılma hadisəsini araşdıran polis təşkilatı (bir çox hallarda ştat polisi və ya yol patrul xidməti) tərəfindən qəbul edilir. Bu mesaja adətən qaçırılan şəxsin adı və təsviri, şübhəli qaçıranın təsviri və əgər varsa, qaçıranın nəqliyyat vasitəsinin təsviri və nömrə nişanı daxildir.
İstinadlar
Kateqoriya:Uşaq təhlükəsizliyi Kateqoriya:1996-cı ildə yaradılmış təşkilatlar Kateqoriya:ABŞ-də hüquq-mühafizə