Stella Makkartni (; ) — İngilis moda dizayneri, The Beatles qrupunun üzvü Pol Makkartninin və fotoqraf, heyvan hüquqları fəalı Linda Makkartnin qızı. Həyatı Stella Makkartni 1971-ci ildə Londonda anadan olub. O, məşhur The Beatles qrupunun üzvü Pol Makkartninin və fotomodel Linda Makkartnin qızıdır. Erkən yaşlardan moda dünyasına olan marağını nümayiş etdirən Stella Makkartni Londonun məşhur "Central Saint Martins College of Art and Design" məktəbində təhsil alıb. Təhsilini tamamladıqdan sonra Stella Makkartni 1997-ci ildə Parisdə "Chloé" brendinin kreativ direktoru olaraq fəaliyyətə başladı. 2001-ci ildə öz markasını yaratmağa qərar verdi və Stella Makkartni markası modanın lüks, lakin ekoloji davamlı və etik yanaşmalarını birləşdirən bir simvola çevrildi.
30 avqust 2003-cü ildə Stella Makkartni Britaniyalı naşir Alasdair Villis ilə nigaha daxil oldu. Toyda Stellanın gəlinliyi anasının 1969-cu il gəlinliyinin yenilənmiş versiyası idi. Gucci evinin müdiri Tom Ford paltarın yenidən dizaynına kömək etdi.
Cütlüyün dörd övladı var: Alasdair Ceyms Miller (25 fevral 2005-ci il təvəllüdlü), Beyli Linda Alun (8 dekabr 2006-cı il təvəllüdlü),] Bekett Robert Li (8 yanvar 2008-ci il təvəllüdlü), və Rayleq Dilis Stella (23 noyabr 2010-cu il təvəllüdlü).Stella McCartney welcomes a baby boy, Beckett Robert Lee Willis, to the family
Stella əri kimi, Britaniya Kral Legionunun üzvüdür.
İstinadlar
Xarici keçidlər
Linda McCartney's Family Kitchen - In Conversation with Paul, Mary and Stella (Paul McCartney Official Channel) - Interview, 6 October 2021
Kateqoriya:Britaniya modelyerləri