Pupien (; ) — Roma imperatoru.

Bioqrafiyası 164-cü ildə anadan olub. 74 yaşı olanda Senat tərəfindən Balbinlə birgə imperator elan edilib. Hərbçi olduğundan ona hərbi səlahiyyətlər verilərək I Maksiminin üzərinə göndərilib. Yolda I Maksiminin öz ordusu tərəfindən qətlə yetirildiyi xəbərini alan Pupien zəfərlə Romaya qayıtdı. Senatın imperator seçməsindən narazı olan pretorianlar xalqın Kapitol oyunlarda olmasından istifadə edərək saraya hücum etdilər. Sarayda Pupien və Balbini ələ keçirən pretorianlar imperatorları küçələrdə sürüyərək qətlə yetirdilər. Onların yerinə III Qordian imperator elan edildi.

İstinadlar Kateqoriya:Roma imperatorları