Lip qalası () — İrlandiyanın Offali qraflığında yerləşən tarixi qala. Tarixi XV əsrin sonlarında O'Bannon ailəsi tərəfindən, ehtimal ki, daha əvvəlki Kelt dini mərasim yerində tikilmiş qala əvvəlcə Leym Ui Bhanain adlanırdı. Lakin O'Bannonlar sadəcə torpağın vassalı idilər, buna görə də qalanın qanuni sahibləri O'Karroll klanı idi.,

1513-cü ildə Kildare kralı Gerald FitzGerald qalanı ələ keçirməyə uğursuz cəhd etdi. Üç il sonra o, yenidən qalaya hücum etdi. Amma onu yalnız qismən dağıtmağa müvəffəq oldu. O'Karroll ailəsi qalanı yalnız 1557-ci ildə tam olaraq bərpa etdi.

1532-ci ildə Malroni O'Karrolun ölümündən sonra klan daxilində düşmənçilik başladı. Klan başçısı vəzifəsinə iddiaçılardan biri olan keşiş Taddeus, qardaşı Teyqe tərəfindən ailəvi yemək zamanı bütün ailənin iştirakı ilə qəsr kilsəsinin qurbangahında qətlə yetirdi. Bu qətl səbəbindən qalanın yuxarı mərtəbəsindəki kilsəyə "Qanlı" ləqəbi verildi.

XIX əsrin sonlarında Conatan və Mildred Darbi qəsrdə yaşayırdılar. Mildred Darbi qalanın tarixi, xüsusən də ruhlar və qalanın lənəti ilə dərindən maraqlanmağa başladı. O, okkultizmi öyrənməyə başladı və hətta qalanın zindanında sehrli rituallar yerinə yetirməyə başladı.

Lip qalası hazırda Şon Rayana məxsusdur. Sahibləri onu bərpa edir və bəzən turistlərin ziyarətinə icazə verirlər. Bartlett's biographical materials, including Leap Castle restoration details. İstinadlar

Xarici keçidlər Simon Marsden Castles.org Haunted Britain Irish Culture and Customs (Last listing) Description, history and pictures of Leap Castle