Hüseyn Minasazov

Həyatı Hüseyn Baxşəli oğlu Minasazov 1881-ci ildə Tiflis yaxınlığında yerləşən Sarvan kəndində anadan olub. 1894-1899-cu illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Təhsilini bitirdikdən sonra əvvəlcə Cavad qəzasının Xıllı kəndində daha sonra isə 1903-cü ildə Bakının Sabunçu kəndində müəllimlik edib. Bakıda işlədiyi müddətdə Kaspi qəzetində fəaliyyət göstərib. Daha sonra isə Tiflisə geri qayıdıb. Bir müddət Təbrizdə və Ərdəbildə yaşayıb və müəllimlik edib. 1906-cı ilin ortalarında ukraynalı dostu E.Bondarenko ilə Tiflisə köçüb və "Zaqafqaziye" qəzetində fəaliyyət göstərib. 1907-ci ildə "Oqni" jurnalının çapı üçün Poliqrafiya və Tipoqrafiya Nazirliyindən icazə alıb. 150px|thumb|left|Qori Müəllimlər Seminariyasında təhsil alarkən

1907-ci ilin axırlarında Hüseyn Minasazov "Zakafkaziye" qəzetinin müxbiri kimi Təbrizə yola düşmüş, orada, yəni Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının gedişini qəzet vasitəsilə işıqlandırmışdır

1909-cu ildə Peterburqa gedib.

1911-1914-cü illərdə C.Məmmədquluzadənin "Poçt qutusu", 1915-ci ildə M.T.Sidqinin "Kəlbə Nəsir" nağıl-şeir toplusu onun redaktorluğu ilə işıq üzü görüb.

"Bir inqilabın yüz ili", kəndli hərəkatına həsr edilmiş elmi işi və "SSRI Elmlər Akademiyasının dərsi" adlı monoqrafiyaları yazıb.

1924-cü ilə qədər Sarvan kəndində yaşayıb və yerli məktəbdə müəllimlik edib.

Gürcüstan SSR Mərkəzi İcraiyyə Komitəsində Milli azlıqlar komissiyasının məsul katibi olub. Daha sonra ailəsi ilə birlikdə Bakıya köçüb və Mərkəzi Dövlət Arxivində işləyib. 1927-ci ildə isə Naxçıvan Dövlət Arxivinin müdiri vəzifəsinə təyin olunub. 1928-ci ildə yenidən Bakıya qayıdıb və müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

1932-ci yanvarın 4-də Bakıda vəfat edib.

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Гусейн Минасазов - Сто лет одной революции, Баку: Изд-во АзГНИИ, 1930. Гусейн Минасазов - Избранные произведения, Баку, 1982. Hüseyn Minasazovun yazdığı məqalələr Hüseyn Minasazovun tərcümələri və yazdığı hekayələr

http://elibrary.bsu.edu.az/files/books_135/N_65.pdf

Kateqoriya:Məktəb müəllimləri