Klaustal-Zellerfeld (alm. Clausthal-Zellerfeld) — Almaniyanın Aşağı Saksoniya torpağında, Harz dağlarının şimal-qərbində yerləşən qəsəbə. Əhalisi təqribən 15 000 nəfərdir.

Coğrafiya

Şəhərin hissələri Buntenbok (1972-dən bəri) Klaustal (Clausthal) Zellerfeld

Tarix Əslində o iki qəsəbədən ibarətdir: Klaustal və Zellerfeld 1924-cü ildə birləşdilər. Klaustal qədim tarixə malik Klaustal Texniki Universiteti və möhtəşəm binaları ilə məşhurdur, digər tərəfdən Zellerfeld isə qış idmançıları üçün tipik turistik bölgədir. Klaustal-Zellerfeld Almaniyanın dağlarda yerləşən ən böyük qəsəbəsidir.

Bölgədə XVI əsrdən dağ-mədən işləri başlayır. 1930-cu ildən faydalı qazıntı yataqları tükəndiyinə görə mədənçilik dayandırılır. Hazırda Harz bölgəsində mədən işlərindən qalma qalıqlar mövcuddur. Bunlardan bir qismi muzey kimi fəaliyyət göstərirlər. Klaustal Texniki Universitetinin əsası 1763-cü ildə mədən mühəndisliyi sahəsində təhsil vermək məqsədilə qoyulmuşdur.

Demoqrafiya thumb|Əhalinin statistikası İl Sakinlərin sayı 1821 11 757 1848 14 739 1871 14 080 1885 13 917 1905 13 758 1925 12 973 İl Sakinlərin sayı 1933 11 855 1939 11 788 1946 15 786 1950 17 643 1956 15 585 İl Sakinlərin sayı 1961 15 849 1968 16 468 1970 15 714 1975 16 690 1980 16 270 İl Sakinlərin sayı 1985 16 250 1990 17 061 1995 16 703 2000 15 413 2005 15 075

Mədəniyyət və turizm thumb|"Ditzelin evi" (1674), hazırda turist məlumat mərkəzi kimi fəaliyyət göstərir

Oberharzer Wasserwirschaft (Yuxarı Harz Su İdarəsi)

Muzeylər Harz mədənçilik muzeyi Klaustal Texniki Universitetinin Geologiya muzeyi Kalvör kitabxanası

Binalar Müqəddəs Ruh kilsəsi, Avropada hazırda fəaliyyət göstərən taxtadan düzəldilmiş ən böyük kilsə Klaustal sikkəxanası (1617–1849) Ditzelin evi

Görkəmli şəxslər

Klaustal-Zellerfeldli məşhur şəxslər Georq Filip Teleman (1681–1767), bəstəkar Robert Kox (1843–1910), mikrobioloq Otto Erix Hartleben (1864–1905), şair və dramaturq Ditrix Qrönmeyer (d. 1952), fizik

Klaustal-Zellerfeldlə bağlı məşhur şəxslər Yohan Fridrix Lüdviq Hausman (1782–1859), mineraloqiyaçı Vilhelm Albert (1787–1846), mədən idarəçisi və ixtiraçı Friedrich Adolph Roemer (1809–1869), geoloq Arnold Sommerfeld (1868–1951), fizik

İstinadlar