Toyota FJ Cruiser — Toyota şirkəti tərəfindən 2006–2022-ci illər arasında stehsal olunmuş, retro üslubda dizayn edilmiş orta ölçülü yolsuzluq avtomobilidir (SUV). Model ilk dəfə 2003-cü ilin yanvarında Şimali Amerika Beynəlxalq Avto Sərgisində (North American İnternational Auto Show) konsept avtomobil kimi təqdim edilmişdir. İstehlakçılar tərəfindən müsbət reaksiya aldıqdan sonra modelin kütləvi istehsalına icazə verilmiş və 2005-ci ilin fevralında Çikaqo Avto Sərgisində (Chicago Auto Show) yekun istehsal versiyası nümayiş etdirilmişdir. FJ Cruiserin dizaynı, Toyotanın 1960–1980-ci illərdə istehsal etdiyi FJ40 Land Cruiser modelindən ilhamlanaraq yaradılmışdır və onun müasir interpretasiyası hesab olunur.
FJ Cruiser, Toyota şirkətinin törəmə müəssisəsi olan Hino Motors tərəfindən Yaponiyanın Hamura şəhərində 2006–2022-ci illər arasında istehsal edilmişdir. Moel konstruktiv baxımdan Toyota Land Cruiser Prado ilə bir çox struktur əsasları və texniki platformanı bölüşür. FJ Cruiser Yaponiya bazarına 4 dekabr 2010-cu ildə daxil olmuş, bununla bağlı rəsmi elan isə həmin ilin 25 noyabr tarixində verilmişdir. Modelin istehsalı və satışa təqdimatı Toyotanın klassik Land Cruiser ənənələrinin müasir texnologiya və dizaynla birləşdirmək strategiyasının bir hissəsi olmuşdur.
5 noyabr 2013-cü ildə Toyota USA elan etmişdir ki,2014-cü il modeli üçün "Trail Teams" buraxılışı "Ultimate Edition" adlandırılacaq və həmin model ilinin ABŞ bazarı üçün FJ Cruiser-in sonuncu ili olacaqdır.Bu model digər bazarlar,məsələn Avstraliya,üçün istehsalda qalmaqda davam etmişdir,lakin həmin bazara ixracı avqust 2016-cı ildə dayandırılmışdır.2022-ci ilin aprel ayına olan məlumatına görə,model hələ də Çili,Yaxın Şərq və Cənubi Afrika Gömrük İttifaqı ölkələri kimi bazarlarda satılırdı.
1 oktyabr 2022-ci ildə Toyota elan etmişdir ki,Yaxın Şərq bazarında FJ Cruiser-in istehsalı 2022-ci ilin dekabr ayında yekun buraxılış modeli ilə birlikdə dayandırılacaq.
Dizayn və Hazırlanma
1984-cü ildə orjinal FJ40-ın istehsalı başa çatdıqda,Toyota Land Cruiser xəttində ölçü və komfort səviyyəsini artırmağa yönəlmişdi.FJ40-ın sərt yolsuzluq imkanlarını daşıyan yeni FJ konsepsiyası 1990-cı illərin ortalarında Toyotanın məhsul planlaşdırıcısı Dave Danzer,satış və əməliyyatlar üzrə vitse-prezident Yoşi İnabanın təşəbbüsü ilə ortaya çıxmışdır.
Danzer,Akio Toyota ilə gizli şəkildə işləyərək NUMMI zavodunda xüsusi bir emalatxana yaratmış və yeni bir FJ40-ın mümkünlüyünü sınaqdan keçirmək üçün Tacoma şassisini hələ o dövrdə Braziliyada istehsalda olan FJ40 əsaslı Toyota Bandeirante kuzovları ilə birləşdirilmişdir;Bandeirante istehsalı 2001-ci ildə dayandırılmışdır.Toyota Yaponiyaya qayıdaraq layihəyə yüksək səviyyəli dəstək vermək məqsədilə idarə heyətinə qoşulmuşdur.Daha sonra Toyotanın əsas dizayn studiyası olan Calty FJ40 modelinin müasir və yenilənmiş təfsirini hazırlamaq üçün prosesə cəlb edilmişdir.
Yolsuzluq avtomobili şirkət daxilində Rugged Youth Utility (RYU) kimi tanınırdı və Toyotanın həmin dövrdə əlaqəni itirdiyini düşündüyü gənc kişi alıcıları cəlb etməyə yönəlmişdi.RYU konsepsiyasının bir çox variantı hazırlanmışdı;bunlara 2001-ci ildə Rugged Sports Coupe konsepti də daxil idi.Nəhayət,24 yaşlı dizayner Cin Von Kim tərəfindən hazırlanmış retro üslublu xarici dizayn yekun konsept kimi seçilmiş,interyer isə Uilyam Çerqoski tərəfindən layihələndirilmişdir.
FJ Cruiser konsepti 2003 Detroit Avtosalonunda nümayiş etdirilmiş və sonradan istehsal versiyasının imza rənginə çevriləcək Voodoo Blue rəngi ilə təqdim olunmuşdur.Cəsartəli dizayn,Cadillac Sixteen və Dodge Tomahawk kimi daha ekzotik konseptlərlə rəqabət aparmasına baxmayaraq,avtomobil mediası və geniş ictimaiyyət tərəfindən dərhal müsbət qarşılanmışdı.Əfsanəvi FJ40 modelinin dizayn xüsusiyyətlərini yenidən canlandırmaqla,FJ Cruiser Toyota üçün yeni bir "halo car" kimi dəyərləndirmişdi;bu,Ford üçün oxşar şəkildə retro üslubda hazırlanan 2005 Mustang modelinin roluna bənzədilirdi.
2004-cü ilin ortalarında Toyota,FJ platformasının genişmiqyaslı yolsuzluq sınaqlarına başlamış və sınaq məqsədli prototipləri Şimali Amerikanın ən çətin marşrutları boyunca - Yuta ştatının Moab bölgəsində,Anceles Milli Meşəsində,Mojave səhrasında və Rubikon cığırında idarə etmişdir.Hər bir unikal sınaq avtomobilinin yüz minlərlə dollara başa gəlməsinə baxmayaraq,inkişaf komandası istehsal versiyasında etibarlı yolsuzluq performansı təmin etmək üçün prototiplərin imkanlarını maksimum dərəcədə sınamaqda qətiyyətli idi.A-TRAC dartma nəzarəti sisteminə və asqı tənzimlənməsinə edilən dəyişikliklər birbaşa bu prototip sınaqlarının nəticəsi olmuşdur.
FJ konseptinin eksteryeri 2005 Çikaqo Avtosalonunda istehsal versiyası təqdim edilərkən əsasən dəyişməz qalmışdı.Lakin baş istehsal mühəndisi Akio Nişimura,istehsal modelinin qiymətini qənaətbəxş saxlamaq üçün Çerqoskinin interyer konseptində təklif olunan bir sıra imkanları ciddi şəkildə sadələşdirilməli olmuşdu.Konsepsiyada yer alan unikal interyer elementləri - kürək sapı funksiyasını daşıyan sürət qolu,fənər kimi istifadə oluna bilən çıxarıla bilən salon işıqları və tamamilə yastılanaraq qatlanan ön oturacaqlar istehsal versiyalarından çıxarılmışdır.Bununla belə,bir neçə konsept detalı zavod opsiyası kimi saxlanılmışdır.
Xarici Görünüş
FJ Cruiser modeli qısa təkər bazası,yığcam konstruksiyası və orjinal FJ40 modelini xatırladan ön barmaqlıq fara düzülüşü ilə xarakterizə olunur.Retro dizayn elementlərinə həmçinin maksimal səth örtüyü təmin etmək üçün üç ədəd şüşəsilənlə təchiz edilmiş demək olar ki,şaquli ön şüşə daxildir.FJ Cruiser,1990-cı ildən istifadə olunan korporativ loqo əvəzinə,ön barmaqlıq üzərində "Toyota" adının tam şəkildə yazılması ilə də fərqlənirdi ki,bu da FJ40 və digər köhnə Toyota yük maşınlarına istinad edirdi.Modelin kuzovunda arxadan açılan əlavə giriş qapıları mövcuddur ki,bu da avtomobilə özünəməxsus görünüş verir.Yan zərbələrdən qorunmanı təmin etmək üçün xüsusi yüksək möhkəmlikli poladdan istifadə edilmiş və bunun sayəsində qapı dirəyinə ehtiyac qalmamışdır.
Daxili Görünüş
FJ modelinin interyeri yolsuzluq şəraitində praktikliyi artırmağa yönəlmiş br sıra dizayn elementləri ilə təchiz olunmuşdur.Salonun bütün səthləri açıq hava istifadəsindən sonra sürətli tənzimlənməni asanlaşdırmaq üçün yuyula bilən rezin materiallarla örtülmüşdür.FJ,həmçinin əlcəkli sürücülərin istifadəsini rahatlaşdırmaq məqsədilə böyüdülmüş idarəetmə elemetlərini özündə birləşdirir.Kompas,temperatur və maillilik göstəricisindən ibarət üçlü ölçü blokunun yanı sıra,120 V-luq arxa elektrik çıxışı da konsept FJ Cruiser modelindən götürülmüş və istehsal versiyasında opsiya kimi təqdim edilmişdir.
Texniki Göstəricilər
Uzunluğu 183,9 düym (4,67 m) olan FJ Cruiser,Toyota tərəfindən Şimali Amerika bazarı üçün təqdim edilən orta ölçülü yolsuzluq avtomobilidir və plçülərinə görə daha kiçik RAV4 ilə daha böyük Highlander modelləri arasında yer alır.Toyota,FJ modelinin istehsalı üçün digər modellərdən çoxlu komponentlər istifadə edir;mühərrik və transmissiya Tacoma,Tundra və 4Runner modelləri ilə ümumidir,asqı sisteminin bir çox hssələri isə Prado,Hilux,Tacoma və 4Runner modellərindən götürülmüşdür.
4×4 FJ Cruiser modeli 9,6 düym (24 sm) klirensə, 34° yaxınlaşma və 30° uzaqlaşma bucaqlarına, Həmçinin 27,4° qırılma bucağına malikdir;ön asqıda 8 düym (20 sm),arxa asqıda isə 9 düym (23 sm) hərəkət məsafəsi vardır.FJ,həmçinin 27,5 düymə (70 sm) qədər dərinlikdə suda hərəkət etmək üçün layihələndirilmişdir və həm 4×4, həm də 4×2 versiyaları üçün 5.000 funt (2.268 kq) qoşqu çəkmə qabiliyyətinə malikdir.Yolda sınaqlar zamanı FJ 60 mil/saat (97 km/saat) sürətə 7,8 saniyəyə çatmış və standart "Bridgestone Dueler" təkəri ilə 0,69 G yan tutunma göstəricisi qeydə alınmışdır.
Daşıyıcı Konstruksiya
Konstruktiv baxımdan FJ Cruiser,iki qapılı Prado platformasına bənzər,lakin tam eyni olmayan,çərçivəli yük maşını tipli quruluşa malikdir.FJ Cruiser yüksək yerləşdirilmiş,iki qollu ön asqı sistemi və stabilizator çubuğu,arxa hissədə isə "coil" yaylarla təchiz edilmiş yan çubuqlu 4-link asqı sistemi və stabilizator çubuğundan istifadə edir.120 seriyalı Land Cruiser Prado,Tacoma,4Runner və Hilux modelləri FJ Cruiser ilə eyni asqı komponentlərini bölüşür.FJ Cruiser,güc dəstəyi ilə işləyən dörd porşenli ön və iki porşenli arxa ventilyasiya olunan disk əyləcləri ilə təchiz olunmuşdur;həmçinin anti-blokirovka əyləc sistemi (ABS),elektron əyləc qüvvəsi paylanması (EBD),əyləc asistenti (BA) ilə yanaşı,təhlükəsizlik üçün nəqliyyat vasitəsinin sabitlik sistemi (VSC) və "A-TRAC" adlı xüsusi dartma nəzarət sistemi ilə də təchiz edilir."A-TRAC" sistemi dartma qabiliyyətini itirən təkərləri əyləcləyərəkonların fırlanmasını idarə edir və beləliklə,adi kilidlənən differensiallarda sükanın ağırlaşmasına səbəb olan "sıxılma" effekti olmadan kilidlənən differensialın davranışını təqlid edir.
Toyota,2007 və 2008-ci ilin erkən istehsal dövrlərinə aid bəzi modellərdə müşahidə olunan şişmə və çatlama hallarına görə mühərrik bölməsinin daxili qanad örtüklərində konstruktiv dəyişikliklər edilmişdir.Daxili qanadlardakı şişkinlik və çatlar müəyyən nəqliyyat vasitəsi identifikasiya nömrələrinə əsasən Toyotanın konstruksiya qüsuru kimi qiymətləndirilmişdir.Toyota bu problemi aradan qaldırmış və müvafiq olaraq konstruksiyada dəyişiklik etmişdir.
Mühərrik
FJ Cruiser modeli 4,0 litrlik 1GR-FE DOHC V6 mühərrikindən istifadə edir. 2007-2009 modellərində mühərrik tək dəyişən klapan vaxtlaması sistemi (VVT-i) ilə təchiz olunurdu və 91 oktan yanacaqla 5200 dövr/dəq-də 239 a.g.(178kV), 3700 dövr/dəq-də isə 278 lb•ft (377 N•m) fırlanma anı hasil edirdi.2010 model ilindən etibarən FJ Cruiser mühərriki ikili dəyişən klapan vaxtlaması texnologiyası ilə yenilənmişdir ki, bu sistem həm giriş, həm də çıxış ekstrantrik valları üzrə vaxtlamanı tənzimləyir. Nəticədə mühərrik 5600 dövr/dəq-də 259 a.g. (193 kV), 87 oktan yanacaqla isə 270 lb•ft (366 N•m) fırlanma anı istehsal edir;əlavə olaraq, 91 oktan yanacaqda yanacaq sərfiyyatı cüzi dərəcədə yaxşılaşmışdır.2011 model ilindən başlayaraq bu göstəricilər 5600 dövr/dəq-də 260 a.g. (194 kV) və 271 lb•ft (367 N•m) səviyyəsinə yüksəlmişdir.2011-ci ildən tətbiq olunan mühərrik LEV İİ/Tier 2 Bin 5 emissiya standartlarına tam uyğunluq nümayiş etdirir.1GR-FE mühərrik versiyası 87 oktan yanacaqla normal şəkildə işləyir,lakin bu halda güc göstəricələri bir qədər azalır.Buna görə də Toyota qoşqu çəkmə,çətin yolsuzluq şəraiti və yüksək hündürlükdə hərəkət kimi tələbkar vəziyyətlərdə yüksək oktanlı (premium) yanacaqdan istifadəni tövsiyə edir.
RA61F mexaniki transmissiya ilə təchiz edilmiş tamötürücülü modellər daimi 4×4 sisteminə malikdir.Bu sistem mərkəzi TORSEN diferensialından istifadə edir;diferensial kilidləmə funksiyasına sahibdir və adi sürüş şəraitində mühərrik fırlanma anını ön və arxa oxlar arasında 40:60 nisbətində paylayır.
Bəzi bazalarda yalnız avtomatik transmissiya ilə təklif olunan arxa təkərdən çəkilişli modellər mövcud idi və onlar standart olaraq məhdud sürüşməli arxa diferensial ilə təchiz edilirdi.
Beş pilləli A750E avtomatik transmissiya - arxa təkərdən çəkiliş modellərdə.
Beş pilləli A750F avtomatik transmissiya,VF2A paylayıcı qutusu ilə - hissə müddətli 4×4 modellərdə
Beş pilləli RA61F mexaniki transmissiya,VF4B paylayıcı qutusu ilə - tam ştatlı 4×4 modellərdə
Təhlükəsizlik
2007-ci il modellərində hər iki sıra üçün yan pərdə hava yastıqları və yan torso hava yastıqları əlavə avadanlıq kimi təqdim olunurdu;2008-ci il modellərindən etibarən isə standart təchizata daxil edildi.Yol Təhlükəsizliyi üzrə Sığorta İnstitutu (IIHS) FJ Cruiser modelini "Top Safety Pick" mükafatı ilə təltif etmişdir.FJ Cruiser həm ön,həm də yan zərbə sınaqlarında ümumi göstəricilər üzrə "yaxşı" nəticə almış və ölçülən 14 kateqoriyanın hamısında "yaxşı" qiymətləndirilməsinə layiq görülmüşdür.
Bazarlar