Tathaqata (, , ) — buddist fəlsəfəsində, xüsusilə Hinayana və Mahayana ənənələrində Budda Şakyamuniyə və digər buddalara tətbiq olunan izahlı epitet.

Bu termin hər hansı bir arhat üçün də işlədilə bilər. Mahasanqhika baxışına görə, bütün tathaqataların bədəninin (formalarının, təzahürlərinin) hər hansı sərhədi yoxdur. Pali kanonuna görə, bütün tathaqatalar arhattır, lakin bütün arhatlar tathaqata deyil. Tathaqata anlayışı mütləq buddanın maddi təzahürlərini, yəni müxtəlif aləmlərdəki "buddalaşmış" varlıqları ifadə edir. Məhz buna görə onların bədənlərinin "hüdudsuz", yəni sayca sonsuz olduğu bildirilir. Tarixi mənbələrə görə, bu epiteti Qautama Budda özü də özündən bəhs edərkən işlətmişdir. Sonralar termin ümumiləşmiş şəkildə "Budda" mənasında istifadə olunmağa başlamışdır.Peter Harvey, The Selfless Mind. Curzon Press 1995 p. 227—228.

Tathaqata bütün gələn və gedənləri, yəni müvəqqəti təzahürləri aşan varlıqdır. O, həqiqəti yalnız qismən bilən və ya qavrayanlardan fərqli olaraq, həqiqəti tam şəkildə dərk edən şəxsdir.Nyanatiloka, Буддийский словарь, 4-е изд. Buddhist Publication Society, 1980.

İstinadlar

Kateqoriya:Buddist fəlsəfi anlayışları Kateqoriya:Buddanın təbiəti