Eyakulyasiya axacağı, Toxumçıxarıcı axar, Eyakulyator kanalı, Toxum boşaldıcı kanal () — toxum kisəciyinin axarının və toxum aparıcı axarın (vas deferens) birləşməsi nəticəsində əmələ gələn cüt boruvari quruluş. Hər bir eyakulyasiya axacağının uzunluğu təxminən 2 santimetr olur. Bu kanallar prostat vəzisini deşərək keçir və uretranın (sidik kanalının) içərisində yerləşən toxum qabarıqlarının səthində açılır.
Eyakulyasiya axarının həm anadangəlmə, həm də sonradan qazanılmış tıxanıqları müşahidə edilə bilər. Hər iki tərəfli tıxanma halında aspermiyaya (toxum ifrazının olmaması), azospermiyaya (toxum mayesində spermatozoidlərin olmaması) və erkək sonsuzluğuna səbəb olur.
Prostat vəzisinin xoşxassəli hiperplaziyasına (böyüməsi) görə aparılan cərrahi müdaxilə zamanı bu kanalların zədələnməsi mümkündür ki, bu da retroqrad eyakulyasiya (boşalma zamanı toxum mayesinin sidik kisəsinə geri axması) ilə nəticələnə bilər.
İstinadlar
Xarici keçidlər
- "Lateral (A) and posterior (B) views of the bladder and associated structures."
[dic.academic.ru/dic.nsf/medic2/42481 Большой медицинский словарь — Семявыбрасывающий проток] http://www.dartmouth.edu/~humananatomy/figures/chapter_34/34-3.HTM
Kateqoriya:Kişi reproduktiv sisteminin fiziologiyası Kateqoriya:Kişi cinsiyyət üzvləri Kateqoriya:Andrologiya Kateqoriya:Məməli erkək reproduktiv sistemi Kateqoriya:İnsan penisi anatomiyası