Krista Allen (; ) — ABŞ aktrisası və model.

Həyatı Krista Allen 5 aprel 1971-ci ildə Venturada anadan olub. Onun atası Deyl Allen anası isə Ketrin Allendir. Krista Texasın Hyuston şəhərində böyüyüb. O, Ostin Texas Universitetini bitirdikdən sonra aktyorluq karyerasını davam etdirmək üçün Kaliforniyaya qayıtdı. Krista Allen həm də model kimi fəaliyyətini davam etdirmişdir. O, gənc yaşlarında modellik etməyə başlamış və bir çox reklam kampaniyalarında iştirak etmişdir. Onun fiziki görünüşü, ona həm televiziya, həm də kino sahələrində böyük uğurlar qazandırdı. Stuff, FHM və Maxim kimi jurnallar üçün modellik etdi.KRISTA ALLEN

O, 1994-cü ildə Emmanuelle haqqında səkkiz erotik filmdə rol alaraq kinoda debüt etdi. 1997-ci ildə "Yalançı yalançı" filmində yadda qalan epizod rolunu oynadı. 1996-1999-cu illərdə "Həyatımızın günləri" serialında rol alıb. 2000-2001-ci illərdə o, "Malibu xilasediciləri" filmində rol alıb.

2021-ci ildən o, "Cəsur və Gözəl" serialında rol alır.

İstinadlar

Xarici keçidlər

Official Veggie Boom Boom website "Krista Allen".Stuff. December 2003.

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar