, doğum adı ilə – Yaponiya həkimi. Yaponiyada Qərb tibbi ilə məşğul olan ilk qadın həkimdir.

O, Kusumoto Takinin və Decimada fəaliyyət göstərmiş alman həkim Filip Frans fon Ziboldun qızı olmuşdur. Decima və holland dili ilə əlaqəsi səbəbilə yapon dilində onu "Oranda O-İne" adı ilə çağırmışlar. İne Qərb tibbi ilə məşğul olandan sonra nüfuzu artmış və Date Munenarinin hamiliyini əldə etmişdir. Yaponiyada izolyasiya dövrünün başa çatmasından sonra Tokio köçmüş və 1873-cü ildə İmperator Meycinin məşuqələrindən birinin doğumuna kömək etmişdir.

Həyatı və karyerası

İlk illəri Şiimoto İne 31 may 1827-ci ildə Naqasaki şəhərində doğulmuşdur. "Şiimoto" soyadı həkim olan alman atası Filip Frans fon Ziboldun soyadının yapon dilinə uyğunlaşdırılmış versiyasıdır. Filip Frans fon Zibold həmin dövrdə əcnəbilər üçün nəzərdə tutulmuş Decima adasında işləyirdi və Yaponiyanı Qərb tibbinin texnikaları ilə tanış etmişdi. İnenin anası Kusumoto Taki isə kurtizanka idi və 1823-cü ildə Ziboldun məşuqəsi kimi Decimaya göndərilmişdi.

İne atasının 22 oktyabr 1829-cu ildə qovulmasına qədər Decimada yaşamışdır. Belə ki, Zibold gizli sayılan coğrafi məlumatları ötürməkdə təqsirli bilinmişdir. Zibold gedərkən həmkarlarının ailəsinə göz-qulaq olmasını təmin etmiş, İneyə holland dili dəsrlikləri göndərmiş və şagirdlərinin onun təhsilində iştirakını təşkil etmişdir.

Təhsili və erkən karyerası İne tibbi praktikasına rəsmi olaraq 1845-ci ildə Okayamada mamalığı öyrənməklə başlamışdır. O, Ziboldun tələbələrindən biri olan İşii Sokenin şagirdi olmuşdur. Lakin 1851-ci ildə Soken ona təcavüz edib hamilə buraxdıqdan sonra onunla olan əlaqələrini kəsmişdir. İne bu münasibətdən sonra 1852-ci ildə doğulmuş qızına "azad" mənasına gələn "Tada" adını qoymuşdur. İne təhsilinə Naqasakidə Abe Roanın şagirdi kimi davam etmişdir.

1859-cu ildə Naqasakinin əcnəbilər üçün açılmasından sonra Zibold əfv olunmuş və Naqasakiyə qayıtmışdır. İne atasının evinə yaşamış, lakin Ziboldun bir xidmətçini hamilə buraxmasından sonra aralarındakı münasibətlər pisləşmişdir. Bu səbəbdən atasının evindən köçmüşdür. Atasının nüfuzu onun pasiyentlər cəlb etməsinə kömək etmişdir. Zibold 1862-ci ilin aprelində Avropaya qayıtmış və bir daha Yaponiyaya gəlməmişdir. İne Naqasakidə yaşayan holland icmasının həkimlərindən tibbi biliklər öyrənməyə davam etmişdir. Pompe van Meerdervoort 1861-ci ildə Yaponiyada Qərb üslubundakı ilk xəstəxananı və tibbi yaratmış və İne dərslərə qatılaraq əməliyyatlarda köməkçi kimi iştirak etmişdir. O, Yaponiyada meyityarmaya şahidlik edən ilk qadın olmuşdur.

Qərb elmlərini dəstəkləyən Date Munenari onun hamisi olmuşdur. İnenin almanəsilli şəxs olması faktının ayrı-seçkiliyə səbəb olmasının qarşısını almaq üçün adını Kusumoto İtoku etmişdir. İne 1867-ci ildə Munenarinin arvadı Yoşikonun doğumunda iştirak edən üç həkimdən biri olmuşdur. İnenin anası 1869-cu ildə ölmüşdür. İne həmin dövrdə Naqasakidə ooforektomiyanın qabaqcılı olan Antonius Bauduinin şagirdi kimi mamalığı öyrənirdi. Paytaxtın Tokio şəhərinə köçürülməsindən sonra İne də Tokioya köçmüşdür. 1873-cü ildə İmperator Meycinin kənizi Hamuro Mitsukonun doğumunda iştirak etmişdir. Uşaq ölü doğulmuş, Mitsuko isə dörd gün sonra ölmüşdür. İne 1895-ci ildə təqaüdə çıxmış, 27 avqust 1903-cü ildə unaqi və qarpız yedikdən sonra qida zəhərlənməsindən ölmüşdür.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya həkimləri Kateqoriya:Almanəsilli şəxslər Kateqoriya:Yaponiyanın qadın alimləri Kateqoriya:Qadın həkimlər Kateqoriya:XIX əsr həkimləri