Emi Suehiro (; ) – yaponəsilli ABŞ entomoloqu. Havay adalarında yerləşən Bişop Muzeyində fəaliyyət göstərmişdir.
İlk illəri və təhsili Suehiro Yaponiyada doğulmuşdur. Anası Hanna Qulik Suehiro ABŞ missioneri və təbiətşünası Con Tomas Qulik tərəfindən övladılığı götürülmüşdü; o, Yaponiyada piano müəllimi və məktəb müdiri, Havay adalarında isə pedaqoq idi.
Suehiro Hilo liseyində təhsil almışdır. 1927-ci ildə Havay Universitetindən məzun olmuş və 1936-cı ildə bu universitetdə magistr dərəcəsini əldə etmişdir. Onun diplom işi "Havay adaların Pseudococcus cinsinin nəzərdən keçirilməsi" (1936) olmuşdur.Suehiro, Amy. "A Revision of the Genus Pseudococcus in the Hawaiian Islands" (Master's thesis, University of Hawai'i at Manoa, 1936) O, anası kimi musiqi ilə məşğul olmuş, Havay Universitetinin Qadınlar Qli Kubunda alto kimi oxumuşdur.
Karyerası Suehiro entomoloq olmuş və Honoluluda yerləşən Bişop Muzeyinin entomologiya kolleksiyasının kuratoru kimi işləmişdir. O, növlərin qorunması və saxlanılması ilə məşğul olmuş, Cənubi Sakit okean cücülərinin kart kataloqunu tərtib etmişdir. Regionda yaşayan növlərin tapılmasında və identifikasiya olunmasında digər entomoloqlara kömək etmişdir.Van Zwaluwenburg, Reyer Herman. Check list of the Elateridae of Oceania . Pacific Entomological Survey Publication 3 (1932): 3.Radovsky, F. J., G. A. Samuelson, and W. A. Steffan. "Catalog of the entomological types in the Bernice P. Bishop Museum" Pacific Insects 17, no. 1 (1976): 1–5. İşi barədə icma qruplarına məlumat vermiş və Havay adalarında yaşayan cücülər haqqında qəzet məqalələrində mütəxəssis rəyi kimi onun rəyləri göstərilmişdir.
Suehiro Honoluluda yerləşən Yaponiya Qadınlar Universitet Klubunun icraçı şurasının üzvü olmuşdur. 1959-cu ildə Havay Entomologiya Cəmiyyətinin xəzinadarı seçilmişdir.
Şəxsi həyatı Suehiro anası ilə birlikdə yaşamış və səyahət etmişdir. Hanna Qulik Quehiro 1967-ci ildə, Emi Suehiro isə 1968-ci ildə ölmüşdür.Bryan, E. H. "Amy Suehiro, 1906–1968" Proceedings of the Hawaiian Entomological Society (1969). Bişop Muzeyində yaradılmış Emi Suehiro Memorial Fondu "Catalog of Entomological Types in the Bishop Museum" nəşrinə dəstək göstərmişdir.
Nəşrləri "Honaunau cücüləri"Suehiro, Amy. "Insects of Honaunau" in E. H. Bryan Jr. et al, The Natural and Cultural History of Honaunau, Kona, Hawaii (Bishop Museum 1957): 51–111. (1957) "Moku Manu dəniz körfəzinin cücüləri"Suehiro, Amy. "Insects of Moku Manu Inlet" Proceedings of the Hawaiian Entomological Society 17(1) (August 1959): 90–91. (1959) "Midvey atolunun cücüləri və digər antropodları"Suehiro, Amy. "Insects and other arthropods from Midway Atoll" Proceedings of the Hawaiian Entomological Society 17(2) (July 1960): 289–298. (1960)
İstinadlar
Kateqoriya:Yaponiyanın qadın alimləri Kateqoriya:Yaponiya entomoloqları