Augochloropsis — "Halictidae" fəsiləsinə aid olan parlaq metalik, tez-tez mavi-yaşıl rəngli tər arılarının bir cinsidir. Bu cinsdə ən azı 140 təsvir edilmiş növ var.

Təsvir və identifikasiya

"Augochloropsis" cinsinə aid növlər ümumiyyətlə 8–12 mm uzunluğunda və metalikdir, adətən parlaq yaşıl və ya mavi rəngdə olur, bəzi istisnalar qızılı, qırmızı və ya bənövşəyi rəngdə ola bilər.Mitchell, T. B. (1960). Bees of the eastern United States. "Augochloropsis" növləri digər "Augochlorini" tayfasından cins səviyyəsində D-formalı, daxəri əyilmiş və nöqtəli tequlaları ilə fərqlənir.Packer, L., Genaro, J. A., & Sheffield, C. S. (2007). The bee genera of eastern Canada. Canadian Journal of Arthropod Identification, 3(3), 1-32.

Coğrafi yayılma

"Augochloropsis" cinsi yalnız Yeni dünyada yayılmışdır və növlərin əksəriyyəti tropik və subtropik regionlarda tapılır.Choe, J. C., & Crespi, B. J. (Eds.). (1997). The evolution of social behaviour in insects and arachnids. Cambridge University Press. Şimali Amerikanın mülayim regionlarında üç Augochloropsis növü (A. anonyma, A. metallica və A. sumptuosa) tapılsa da, heç bir növ subarktik zonada uğurla yaşaya bilməmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:1897-ci ildə təsvir edilən taksonlar