Əbdüləziz ibn Şah Vəliyyullah Əhməd ibn Əbdirrəhim əl-Öməri əl-Faruqi əd-Dəhləvi (; ) — hindistanlı müfəssir və mühəddis. O, Şah Vəliyullah Dəhləvinin oğludur.
Bioqrafiyası Dehlidə anadan olub. Atasının sayəsində yaxşı təhsil alıb. Uşaq yaşlarında Quranı əzbərləyib, təcvid və qiraət öyrənib. Başda "Kütübi-Sittə" olmaqla "əl-Muvatta", "Mişqətül-Məsabih", "Şəmailüt-Tirmizi" kimi əsərləri şəxsən atasından öyrənib (və ya dinləyib) və bu kitabların rəvayət hüququna yiyələnib. Gənc yaşlarında təfsir, hədis, fiqh, üsul, əqaid, kəlam, məntiq, cəbr, həndəsə, astronomiya, tarix və coğrafiya sahələrindəki dərin bilikləri ilə insanların diqqətini özünə cəlb edib. Atasının vəfatından sonra Rəhimiyyə mədrəsəsində dərs deməyə başlayıb. Tələbə və müridlər yetişdirib, əsərlər qələmə alıb. 25 yaşında səhhəti pisləşib. Buna görə də mədrəsədə dərs deməyi dayandırıb. Müəlliflik etməyi və moizələr verməyi isə fasiləsiz olaraq davam etdirib. Bir müddət sonra səhhəti daha da pisləşdiyindən maddi vəsaitini varisləri arasında bölüb. Geydiyi paltarlardan kəfən hazırlanmasını vəsiyyət edib. Məzarı atasının məzarının yanındadır.
O, fikirləri və fətvaları ilə hindistanlı müsəlmanların yaddaşında dərin iz buraxmış şəxslərdəndir.
Əsərləri Dəhləvi 50-ə yaxın əsərin müəllifidir. Ən mühüm əsərləri bunlardır:
Təfsiru Fəthil-Əziz. Fatihə və Bəqərə (Təbərakə və Əmmə cüzləri daxil olmaqla) surələrinin farsca qələmə alınmış təfsiri. Yalnız iki cildi mövcudur. Kəlkətədə nəşr edilmişdir (h.q. 1248–1249). Tuhfəi-İsna əşariyyə (Ləknəv h.q. 1255, 1295). On iki imam şiəliyini tənqit etmək məqsədilə qələmə alınmışdır. Əsər sərt üslubda və fars dilində qələmə alınmışdır. Əsəri Qulam Məhəmməd ibn Muhyiddin ibn Ömər əl-Əsləmi ərəb dilinə tərcümə etmişdir. Mahmud Şükrü əl-Əlusi də əsəri "əl-Minhətül-ilahiyyə təlxisu tərcümətit-Tuhfətil-İsna əşariyyə" adı ilə ixtisar etmişdir. Möhübbəddin əl-Xətib, əsərə bir müqəddimə və bəzi qeydlər əlavə edərək 1953-cü ildə Qahirədə nəşr etmişdir. Büstanül-mühəddisin (Delhi 1876, 1898). Əsər hədis kitabları bioqrafiyasıdır. Əsərdə müəlliflərin bioqrafiyalarına da yer verilmişdir. Farsca olan əsər, Əli Osman Qoçquzu tərəfindən türk dilinə tərcümə edilmişdir (Ankara 1986). Ücaləi-Nafiə (Delhi h.q. 1312, 1348). Farsca qələmə alınmış bu əsərin mövzusu hədis üsuludur. Sirrüş-şəhadəteyn (Delhi h.q. 1261). Əsər Kərbəla şəhidləri haqqındadir. Əsəri, müəllifin tələbələrindən olan Salamatullah, fars dilində şərh etmişdir (Ləknəv 1882). Əzizül-iqtibas fi fəzaili əxyarin-nas. Bu əsər Raşidi xəlifələrinin üstünlükləri haqqındakı hədisləri özündə ehtiva edir. Ərəs fars dilinə və orducaya tərcümə edilərək nəşr edilmişdir. (Delhi 1904). Mizanül-əqad (Delhi h.q. 1321). Əqaid haqqında qələmə alınmış bu əsər, ərəbcədir. Fətəvayi-Əzizi (Delhi h.q. 1311–1314; Heydərabad h.q. 1313; Delhi h.q. 1341). İki cild olan bu farsca əsər, Dəhləvinin fətvalarını özündə ehtiva edir.
Müəllifin həmçinin məntiq, hikmət, yuxu yozumları və müxtəlif mövzulara aid bir çox risaləsi vardır.
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Matüridilər Kateqoriya:Hənəfilər Kateqoriya:Antişiəlik Kateqoriya:Hindistan şairləri Kateqoriya:Hindistan sufiləri