alt=Hissop|thumb|İzop otu İzop otu () — nanə cinsindən bitki.
Botanik təsviri Güclü ətirli otlar və ya yarımkollara aid edilən 50-60 sm hündürlüyündə və uzunsov yarpaqları olan çoxillik bitkidir.
Yarpaqları tünd yaşıl, xoş ətirli və acı-ədviyyatlı dadı var.
Çiçəklər düzənsizdir (ziqomorf), əsasən mavi, sünbülvari şəkildə olurlar. Əsasən iyun ayından sentyabr ayına qədər çiçək açır.
Toxumları çox kiçikdir. 1000 toxumun çəkisi cəmi 0.9 qr. tutur.
Yayılma arealı və ekologiya Cinsin növləri Aralıq dənizi, Kiçik Asiya və Mərkəzi Asiyada yayılmışdır. Eləcə də Rusiyanın Avropa hissəsinin mərkəzi və cənub zolağında, Qərbi Sibirin cənubunda, Qafqazda rast gəlmək mümkündür.
Çöllərdə, quru təpələrdə və qayalı yamaclarda bitir. Quraqlığa davamlıdır.
Əkinçilikdə boş torpaqları olan yaxşı işıqlandırılmış ərazilərdə yaxşı inkişaf edir. Qrunt suları səviyyəsi yüksək olan bataqlıq ərazilər isə bu bitki üçün əlverişsiz hesab olunur. Əlverişli şəraitdə asanlıqla yabanılaşır.
Əhəmiyyəti və tətbiqi Izop yarpaqları dərman məqsədləri üçün yağ çıxarmaqda, likör istehsalında, ətriyyatda və kulinariya ədviyyatı kimi istifadə olunur. Qönçələrin əmələ gəlməsinin başlanğıcında yarpaqlar yığılır və qurudulur. Izop salatlarda, şorbalarda, ət və tərəvəz yeməklərində, xiyar və pomidorların duzlanmasında istifadə olunur.
Çay şəklində yuxarı tənəffüs yollarının infeksiyaları üçün istifadə olunur.
Təsnifat Əvvəllər cinsə 50-dən çox növ daxil edirdilər, müasir anlayışlara görə cinsə 7 növ daxildir.
İstinadlar
Xarici keçidlər
Issop: Təsvir Hyssop officinalis // Dekorativ bağ bitkiləri ensiklopediyası.
Kateqoriya:Avrasiya florası Kateqoriya:Pişiknanəsikimilər Kateqoriya:Ədviyyə bitkiləri Kateqoriya:Qazaxıstan florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları