Ya Əli () — şiə müsəlmanları tərəfindən Əli ibn Əbu Talibi yad etmək və ya onun şəfaətini istəmək məqsədilə işlədilən ərəbcə ifadə. Bu ifadə xüsusilə Məhərrəm ayında keçirilən matəm mərasimləri zamanı geniş istifadə olunur.

İstifadəsi Bu ifadə vasitəsilə şiə müsəlmanları — birinci şiə imamı və dördüncü sünni xəlifəsi olan Əli ibn Əbu Talibin şəfaətini diləyirlər. Əsasən şiələr arasında işlədilir, lakin "Ya Əli" ifadəsi bir çoxlarının düşündüyü kimi birbaşa Əliyə səslənmək mənasında deyil, çünki bu, şəriət baxımından şirk hesab oluna bilərdi. "Ya Əli", "Ya Məhəmməd" və "Ya Hüseyn" kimi təvəssül ifadələrinin şirk sayılıb-sayılmaması məsələsi üləma arasında mübahisəli mövzudur.

Məhərrəm ayında keçirilən matəm mərasimləri zamanı şiə müsəlmanlarının "Ya Əli" deməsi çox geniş yayılmışdır. Belə hallarda bu ifadə və şüarlar həmrəyliyi və dəstəyi nümayiş etdirir.

"Ya Əli" ifadəsi tez-tez müxtəlif bayraqlarda, xüsusilə İranın rəsmi atributlarında yer alır. Həmçinin, bu ifadə İran istehsalı "Ya Əli" raketinə və şiə silahlı birləşməsi olan "Ya Əli Xalq Dəstələri"nə ad vermişdir.

İstinadlar

Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:İslam terminləri Kateqoriya:Şiəlik Kateqoriya:Əli