Parinakota vulkanı () — Boliviya və Çili sərhədində yerləşən sönmüş stratovulkan. Pomerape ilə birlikdə "Nevados de Payachata" vulkanik zəncirini təşkil edir. And dağlarının Mərkəzi Vulkanik Zonasının bir hissəsi olan bu vulkanın zirvəsi dəniz səviyyəsindən 6,380 metr (20,930 fut) yüksəklikdədir. Simmetrik konusun zirvəsində 1 kilometr (0.62 mil) və ya 1,000 metr (3,300 fut) enində krater yerləşir. Cənub yamaclarında isə Ajata konusları adlanan üç parazit mərkəz var. Bu konuslar lava axınları yaratmışdır. Vulkan, lava günbəzləri və andezit lava axınları ilə formalaşmış bir platformanın üzərində yerləşir.
Geomorfologiya və geologiya
Parinakota, Mərkəzi And dağlarında yerləşən yüksək yayla olan Altiplanoda yerləşir. Boliviya və Çili arasındakı sərhəd vulkanı iki yerə bölür və kraterin kənarı boyunca uzanır. Krater Boliviyada yerləşir. Vulkanın əsas hissəsi Çilidə, Arika və Parinakota Regionunun Putre kommünasında yerləşir. Boliviyada isə Oruro departamentinin Saxama vilayətindədir. Ajata və Parinakota qəsəbələri vulkanın cənub-qərb və qərb tərəfində yerləşir. Region yüksək dağlıq ərazidə yerləşir və giriş çətindir, bu da Mərkəzi And dağlarının vulkanları üzərində tədqiqatları çətinləşdirir.
İstinadlar
Xarici keçidlər Andeshandbook: A Complete Description, history, place names and routes of Parinacota Parinacota at SummitPost.org AVA images
Kateqoriya:Əlifba sırasına görə vulkanlar Kateqoriya:Çili dağları Kateqoriya:Boliviya dağları Kateqoriya:Boliviyadakı stratovulkanlar Kateqoriya:Çilidəki stratovulkanlar