Mitu tomentosum (Tacsız kurasov) — "Cracidae" fəsiləsinə aid olan bir quş növü. Bu fəsiləyə çaçalaka, qvan və kurasovlar daxildir. Braziliya, Kolumbiya, Qayana və Venesuelada rast gəlinir.Remsen, J. V., Jr., J. I. Areta, E. Bonaccorso, S. Claramunt, A. Jaramillo, D. F. Lane, J. F. Pacheco, M. B. Robbins, F. G. Stiles, and K. J. Zimmer. Version 24 August 2021. Species Lists of Birds for South American Countries and Territories. https://www.museum.lsu.edu/~Remsen/SACCCountryLists.htm retrieved August 24, 2021
Taksonomiya və sistematika
"Mitu tomentosum" əvvəllər "Crax" cinsində təsvir edilsə də, genetik məlumatlar "Mitu" cinsinin etibarlı olduğunu təsdiqləyir.Remsen, J. V., Jr., J. I. Areta, E. Bonaccorso, S. Claramunt, A. Jaramillo, D. F. Lane, J. F. Pacheco, M. B. Robbins, F. G. Stiles, and K. J. Zimmer. Version 24 August 2021. A classification of the bird species of South America. American Ornithological Society. https://www.museum.lsu.edu/~Remsen/SACCBaseline.htm retrieved August 24, 2021 Tacsız kurasov monotipik bir növdür.
Təsvir
"Mitu tomentosum" 75-85 sm uzunluğunda və erkəklərin çəkisi 2,300-3,050 qram, dişilərin çəkisi isə 1,300-2,425 qram arasındadır. Əsasən qara rəngdədir və tünd mavi və ya bənövşəyi parıltıya malikdir. Qarnı və quyruq ucu zəngin şabalıdı rəngdədir. Digər kurasovlardan fərqli olaraq, təcəsi və qırmızı dimdiyində şişlik yoxdur.del Hoyo, J. and G. M. Kirwan (2020). Crestless Curassow (Mitu tomentosum), version 1.0. In Birds of the World (J. del Hoyo, A. Elliott, J. Sargatal, D. A. Christie, and E. de Juana, Editors). Cornell Lab of Ornithology, Ithaca, NY, USA. https://doi.org/10.2173/bow.crecur2.01 retrieved October 1, 2021
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1825-ci ildə təsvir edilən quşlar