"Kür" Həndbol Klubu – Azərbaycanın Mingəçevir şəhərini təmsil edən həndbol klubu. Həm kişi, həm qadın komandaları faəliyyət göstərir. Azərbaycan fəaliyyətdə olan yeganə həndbol klubudur. Ev oyunlarını "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirir. Klubun forma rəngləri göy və ağdır.

Tarixi "Kür" klubu 2022-ci ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yaranmışdır. Kişi komandası 2024 və 2025-ci illərdə Azərbaycan çempionu olmuşdur. 2025-ci ildə Azərbaycan Kubokunun finalında "Bakı" klubunu 20:19 hesabı ilə məğlub edərək kubokun qalibi olmuşdur. 2026-cı ildə baş məşqçi postuna Elnur Cahangirov təyin olunmuşdur.

Avrokuboklarda Kişilər "Kür"ün kişilər komandası 2023/24 mövsümündə EHF Avropa Kubokunun ikinci mərhələsində Xorvatiyanın "MRK Sesvete" klubuna hər iki oyunda uduzaraq (15:30, 24:34) mübarizəni dayandırmışdır. 2024/25 mövsümündə EHF Avropa Kubokunun ikinci mərhələsində Kiprin "Parnassos Strovolou" klubunu hər iki oyunda (35:31, 32:29) məğlub etmiş və Azərbaycanın avrokuboklarda üçüncü mərhələyə adlayan ilk kişi həndbol klubu olmuşdur. Üçüncü mərhələdə İslandiyanın "Haukar" klubuna hər iki oyunda (25:30, 27:38) məğlub olmuşdur. 2025/26 mövsümündə EHF Avropa Kubokunun ikinci mərhələsində Macarıstanın "Balatonfüredi" klubu ilə qarşılaşmış, birinci oyunda 19:42, ikinci oyunda 20:39 hesabı ilə uduzaraq mübarizəni erkən dayandırmışdır. 2026/27 mövsümündə EHF Avropa Kubokunun ikinci mərhələsində Bosniya və Herseqovinanın "Sloga Doboj" klubuna birinci oyunda 26:38, cavab qarşılaşmasında 30:32 hesabı ilə uduzaraq turnirlə vidalaşmışdır.

Mövsüm Mərhələ Klub 1-ci oyun 2-ci oyun Ümumi2023/24 EHF Avropa Kubokuikinci təsnifat mərhələsi MRK Sesvete15–3024–3439–64 2024/25 EHF Avropa Kubokuikinci təsnifat mərhələsi Parnassos Strovolou35–3132–2967–60üçüncü təsnifat mərhələsi Haukar25–3027–3852–682025/26 EHF Avropa Kubokuikinci təsnifat mərhələsi Balatonfüredi19–4220–3939–812026/27 EHF Avropa Kubokuikinci təsnifat mərhələsi Sloga Doboj26–3830–3256–70

Qadınlar "Kür"ün qadınlar komandası avrokuboklarda 2023/24 mövsümündə debüt edib. Həmin mövsüm EHF Avropa Kubokunda İtaliyanın "Yomi Salerno" klubuna hər iki oyunda uduzmuşdur: 19:29 və 19:36. 2024/25 mövsümündə EHF Avropa Kubokunda Yunanıstanın "İonias" klubu ilə qarşılaşmış, birinci oyunda 22:35, ikinci oyunda 22:33 hesabı ilə uduzmuşdur. 2025/26 mövsümündə EHF Avropa Kubokunda Portuqaliyanın "San-Pedru-du-Sul" klubu ilə qarşılaşmış, birinci oyunda 26:26 hesablıq heç-heçə qeydə alınmış, ikinci 23:31 hesabı ilə uduzmuşdur. 2026/27 mövsümündə EHF Avropa Kubokunun ikinci mərhələsində Cənubi Kiprin "APOEL" klubu ilə qarşılaşmış, birinci oyunda 40:18, ikinci oyunda 39:13 hesabı ilə qələbə qazanaraq tarixində ilk dəfə növbəti mərhələyə keçmişdir.

Mövsüm Mərhələ Klub 1-ci oyun 2-ci oyun Ümumi2023/24 EHF Avropa Kubokuikinci təsnifat mərhələsi Yomi Salerno19–2919–3638–652024/25 EHF Avropa Kubokuikinci təsnifat mərhələsi İonias25–3222–3347–652025/26 EHF Avropa Kubokuikinci təsnifat mərhələsi San-Pedru-du-Sul26–2623–3149–57 2026/27 EHF Avropa Kubokuikinci təsnifat mərhələsi APOEL40–1839–1379–31üçüncü təsnifat mərhələsi Çair Skopye

Uğurları Kişilər Azərbaycan çempionatı Qalib (2) — 2023/2024, 2024/2025 Azərbaycan Kuboku Qalib (1) — 2024/2025

İstinadlar

Kateqoriya:Azərbaycan həndbol klubları Kateqoriya:Mingəçevirdə idman Kateqoriya:2022-ci ildə yaradılmış idman klubları