Müqəddəs Rumbold kafedralı() — Mexelen şəhərində yerləşən Roma-Katolik kilsəsi.
1999-cu ildə kafedralın qülləsi UNESCOnun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Tarixi Kilsənin tikintisi 1200-cü ildən sonra başlamış və 1312-ci ildə, bir hissəsi istifadəyə veriləndə təqdis edilmişdir. 1324-cü ildən etibarən uçan dayaqlar və yenidən işlənmiş xor quruluşu, Fransa Qotikasından fərqli olaraq, Brabant Qotikası xüsusiyyətləri qazanmışdır. 1342-ci ildə baş vermiş şəhər yanğından sonra, Usta Mason Jan d'Oisi təmir işlərini idarə etmiş və bu ikinci mərhələni davam etdirmişdir. Onun ölümünə qədər (1375) bu mərhələ Yüksək Qotika üslubunun prototipi olmuşdur. Onun varisləri nefin tağlarını 1437-ci ilə, xorun tağlarını isə 1451-ci ilə qədər tamamlamışdır.<ref name=DE-HRum></ref>
Kilsə 1559-cu ildən kafedral kimi fəaliyyət göstərir. XVIII əsrdə bir çox Brabant Qotik kilsələrinə ilham mənbəyi olan hər bir kapitelin ətrafındakı oyma kələm yarpaqları ornamentləri, ikiqat dairəvi fiqurlarla əvəz edilmişdir. 2005-ci ildə mühəndislər torpağın və qüllənin daşıma qabiliyyətini hesabladıqdan sonra, bütün şpilin orijinal çertyojlara uyğun şəkildə tamamlanması ilə bağlı danışıqlar aparılmışdır. 2010-cu ildə Müqəddəs Rumboldun şimal tərəfində yeraltı avtomobil dayanacağının tikintisindən əvvəl, qəbiristanlığın arxeoloji qazıntıları zamanı 4,165 skelet aşkar edilmişdir.
Qalereya
İstinadlar
Xarici keçidlər
Mechelen Cathedral site (Chapters with topic pages related to St. Rumbold, the cathedral, and the Tower)
Kateqoriya:Neoqotika üslubunda tikililər Kateqoriya:Flamand incəsənəti Kateqoriya:Katolik kafedralları