() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.

Arealı Bura Cənub-Şərqi Avropada (Macarıstan, Balkanlar) və Asiyada yabanı halda bitən 10 növ daxildir. Hazırda Avropada, Şimali Amerikada və Qafqazda geniş şəkildə becərilir. Ətirli çiçəkləri olan bu sarmaşıq koluna yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Məhəmməd Mömin göstərir ki, bu gülü iyləmək baş ağrılarında, beynini möhkəmlətməkdə kömək edir. Yasəmənin cövhərini xaricdən istifadə edərkən baş ağrılarına kömək edir.

İstifadəsi Ətirli çiçəkləri olan yasəmənin sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Yasəmən gülünü iyləmək baş ağrılarında, beynini möhkəmlətməkdə kömək edir.

Yasəmən güllərinin kompresi dəri çillərini təmizləyir və üzü qızardır. Xaricdən istifadə edilən yasəmən yarpaqlarından məlhəm ereksiyanı gücləndirir. Yasəmən cövhəri saçları açıq boyayır, daha doğrusu, onları rəngsiz edir. Həddindən artıq qəbul etsən başağrısı əmələ gətirir. Bu halda bənövşə, qızılgül və sirkə onu tarazlaşdırır.

Böyük yasəmənin yarpaqları dəri xəstəliklərində, ağız yaralarında və diş ağrısında işlədilir. Yarpaqlarının təzə şirəsi döymələri (mozolları) yumşaldır. Çiçəklərin həlimi gözün yuyulması üçün tətbiq edilir, güllərinin cövhəri isə kosmetikada istifadə olunur.

Müasir elmi təbabətdə yasəmənin geniş istifadəsi öz yerini tapmamışdır. Yasəmən çiçəklərindən, tərkibində keton, jasmon və indol olan yasəmən yağı alırlar. Parfumeriya və kosmetikada istifadə edilir.

Sinonimləri Heterotipik sinonimləri

Növləri

Süni hibridləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Avrasiya florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları