Carpodacus davidianus — Vüroklar fəsiləsinə aid quş növü. Ümumi məlumat Carpodacus davidianus "Propasser" cinsinə aid ola biləcək mərciməkquşlarından biridir. Çin və Monqolustanda rast gəlinir. Təbii yaşayış mühiti mülayim kolluqlar və subtropik və ya tropik yüksək dağlıq kolluqlardır.
Carpodacus davidianus Himalay gözəl mərciməkquşu və çəhrayı bel mərciməkquşunun (C. w. waltoni) bir yarımnövü əvvəllər eyni növ kimi qəbul edilirdi və "gözəl mərciməkquşu" (C. pulcherrimus) adlanırdı. 2013-cü ildə aparılan bir araşdırmada, mərciməkquşları arasındakı filogenetik əlaqələr iki mitoxondrial gen və iki nüvə geni istifadə edilərək yenidən quruldu. Bu araşdırma göstərdi ki, "C. p. waltoni"," C. eos" ilə daha yaxındır və indi çəhrayı bel mərciməkquşu ilə, eyni növ kimi birləşdirilərək, elmi adı "C. waltoni" olaraq dəyişdirilmişdir. Carpodacus davidianus və Himalay gözəl mərciməkquşu isə, iki fərqli növ kimi ayrılmışdır. Birincisi "C. davidianus", ikincisi isə "gözəl mərciməkquşu"nun elmi adı olan "C. pulcherrimus" adlandırılmışdır. Taksonomik dəyişikliklərdən sonra Carpodacus davidianus tək növ kimi qəbul edilir. Qorunma statusu Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) Carpodacus davidianusi "az qayğı tələb edən" kimi qiymətləndirib.
Həmçinin bax Carpodacus dubius Carpodacus ferreorostris
İstinadlar
Ədəbiyyat Gill, F and D Donsker (Eds). 2011. IOC World Bird Names (version 2.9). Available at http://www.worldbirdnames.org/ [Accessed August 1, 2011].
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Asiya quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Çin quşları Kateqoriya:1865-ci ildə təsvir edilən quşlar