Rövşanə Vaqif qızı Rəhimova () — Azərbaycan vəkili. O, əsasən insan hüquqları üzrə fəaliyyəti ilə tanınır. Rəhimova on ildən artıq müddətdə insan hüquqlarının müdafiəsi ilə məşğul olmuş, xüsusilə qadınların hüquqlarına və məişət zorakılığına qarşı mübarizəyə diqqət yetirmişdir. 2021-ci ilin aprel ayından Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi fəaliyyət göstərən Rəhimova ölkədə onlarla siyasi məhbusun hüquqlarını müdafiə etmişdir.
Erkən illəri Rövşanə Vaqif qızı Rəhimova 8 iyul 1984-cü ildə Şirvan şəhərində anadan olmuşdur. Orta təhsilini Şirvan şəhərində 10 nömrəli tam orta məktəbdə və Bakı şəhərində H. Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyində alıb. O, ali hüquq təhsilini Odlar Yurdu Universitetində almışdır.
Vəkillik fəaliyyəti 2021-ci ilin aprel ayında Rəhimova Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmuşdur. O, 2022-ci ilin sentyabrında həbs olunmuş vəkil Elçin Sadıqovun, 2022-ci ilin dekabrında həbs olunmuş siyasətçi Bəxtiyar Hacıyevin, 2023-cü ilin avqustunda həbs olunmuş İstanbul Universitetinin doktorantı Fazil Qasımovun, 2023-cü ilin noyabrında həbs olunmuş "AbzasMedia" jurnalisti Nərgiz Absalamovanın, 2023-cü ilin dekabrında həbs olunmuş hüquq müdafiəçisi İlhamiz Quliyevin, 2024-cü ilin martında həbs olunmuş ictimai fəal İlkin Əmrahovun, 2024-cü ilin iyulunda həbs olunmuş tədqiqatçı İqbal Əbilovun, həmçinin 2024-cü ilin dekabrında həbs olunmuş hüquq müdafiəçisi Rüfət Səfərovun, "Meydan TV" jurnalisti Aysel Umudovanın, siyasətçi Azər Qasımlının və 2025-ci ilin mayında həbs olunmuş Amerikanın Səsisinin jurnalisti Ülviyyə Əli müdafiəsini həyata keçirmişdir.
20 oktyabr 2021-ci il Azərbaycan Respublikası Vəkillər Kolegiyasının sədri Anar Bağırovun qərarı ilə fəxri fərmanla təltif edilib.
2024-cü ilin oktyabrında Rəhimova beynəlxalq "Güc portretləri – 2024" fotosərgisinin iştirakçılarından biri olmuşdur.
Xarici keçidlər
İstinadlar
Kateqoriya:Azərbaycan vəkilləri Kateqoriya:Azərbaycan demokratiya aktivistləri