Hucr ibn Yezid ibn Sələmə əl-Kindi və ya Hucr əş-Şər (; v. 670 və ya 671) — səhabə və Əməvi valisi.
Bioqrafiyası O, Kində qəbiləsinin ən önəmli şəxsiyyətlərindən biridir. Eyni nəsildən olan və "Hucrul-Xeyr" ləqəbli Hucr ibn Adi ilə qarışdırılmaması və pis əməlləri ilə tanındığından qəbiləsi arasında ona "Hucruş-Şər" deyilmiş və daha çox bu ləqəblə tanınmışdır. Min nəfərə sözü keçən şəxslərə verilən "cərrar" tituluna da sahib olan Hucr, yəmənli cərrarlar arasında qeyd olunur. Qəbiləsini təmsil edən bir heyətlə birlikdə hicrətin 9-cu (630) ilində Mədinəyə gəlmiş və Məhəmməd peyğəmbərin hüzurunda müsəlman olmuşdu. Cəməl hadisəsində Əlinin sərkərdələri arasında yer alan Hucr, Siffin döyüşündə də onun tərəfindən vuruşmuş və təhkimdə Əlini təmsil etmişdir. Lakin sonralar Əməvilərə yaxınlaşan Hucr ibn Yezid, Muaviyə tərəfindən İrminiyyə valisi təyin edilmişdir. Hucrun hicrətin 50-ci (670) və ya 51-ci (671) ili ətrafında vəfat etdiyi bildirilir.
İstinadlar