Terrapene coahuila (Koauila qutu tısbağası) — Həmçinin "su qutu tısbağası" kimi tanınan, "Emydidae" fəsiləsinə aid olan nəsli kəsilmək təhlükəsi altında olan bir tısbağa növü. "Terrapene" cinsinin digər növlərindən fərqli olaraq, bu tısbağa vaxtının təxminən 90%-ni suda keçirir. Bu növ, adi qutu tısbağası (T. carolina) ilə yaxın qohumdur. Tədqiqatçılar hesab edirlər ki, bu tısbağa səhra bulaqlarında yaşamaq üçün quru ərazilərdə yaşayan bir növdən təkamül edib.

Təsvir

T. coahuila-nın bədəni uzun müddət suda qalmaq üçün uyğunlaşıb və qabığı tez-tez yosunla örtülü olur. Digər qutu tısbağaları kimi onun da qarın tərəfdəki plastronu tamamilə qapanan bir menteşəyə malikdir. Dərisi tünd rəngdədir, adətən tünd qəhvəyi və tünd boz, lakin bəzi hissələri tamamilə qara görünə bilər.

İstinadlar

Xarici keçidlər

Tortoise & Freshwater Turtle Specialist Group. (1996). Terrapene coahuila. 2006 IUCN Red List of Threatened Species. Downloaded on 29 July 2007. Coahuilan Box Turtle at Boxturtles.com Downloaded on 28 July 2013. Desert Fishes Council Cuatrociénegas conservation foundation. Downloaded on 28 July 2013. Coahuilan box turtle slide show at the University of Texas in Austin. Downloaded on 28 July 2013.

Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Emydinae