Müslüm ibn Uqbə ibn Rəbah ibn Əsəd əl-Murri (; ) — Harrə döyüşündə Əməvi ordusunun komandanı.
Bioqrafiyası Müslimin erkən həyatı və fəaliyyəti haqqında təfərrüatlar azdır. Ehtimala görə hicrətdən əvvəl dünyaya gəlmiş və İslam peyğəmbəri Məhəmmədin dövründə yaşamış, lakin onu görməmişdir. Siffində Muaviyə tərəfdən vuruşmuş və piyadalara başçılıq etmişdir. Yezid onu özünə itaət etməyən mədinəlilərin üzərinə hərbi yürüşə yollamışdır. Ordusunun əksəriyyətinin xristianlardan ibarət olduğu və olduqca yaşlı olduğu üçün bütün yolu kəcavədə qət etdiyi deyilmişdir.
Müslüm, Mədinə əhalisinə divan tutmuş, təcavüz və zorakılıq etmişdir. Əməllərində çox ifrata varmış, böyük-kiçik demədən hər kəsi qətlə yetirmişdir. Buna görə də ona "Müsrif" (; ) ləqəbini verilmişdir. O, Mədinənin üç gün ərzində talan olunmasına icazə vermişdi. Sonra qətlləri dayandırmış və sağ qalanlardan Yezidə qul olmaq şərtilə beyət almışdır. Daha sonra ordusunu Məkkəyə, İbn Zübeyrin üzərinə yönətmiş, lakin yolda vəfat etmişdir.
Həmçinin bax
Abdullah ibn Hənzələ
İstinadlar
Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:Qətafan Kateqoriya:Əməvi sərkərdələri