MarneuliAzərbaycan Respublikası: Atlas , səh. 14, 16, 26, 28, 34, 40, 44, 46, 48, 52 və 54.Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakıda nəşr olunmuş Azərbaycan Respublikasının Fiziki və Siyasi xəritəsi (; ) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində şəhər, Marneuli bələdiyyəsinin inzibati mərkəzi. 1929-cu ilədək Sarvan, Zaqafqaziyada ilk dəfə rayon inzibati-ərazi bölgüsü təsis edildikdən sonra isə 1947-ci ilə kimi Borçalı, 1947-ci ildən 1952-ci ilədək Sərvan, 1952-ci ildən sonra isə Marneuli adını daşımışdır.

Etimologiya Azərbaycan dilində "" deməkdir. Fars dilindən alınan sözün əsli "" () olub, "dəvələrin hamisi" deməkdir.

Tarix Marneuli 1964-cü ildə şəhər statusunu almışdır. İkinci dünya müharibəsinin başlanmasından az sonra 1941-ci ildə o vaxtlar kənd olan Marneuli yaxınlığında Sovet ordusunun hərbi Aerodromu tikilərək istifadəyə verilmişdir. Aerodromdakı təyyarələr Almaniya ordusuna qarşı bir sıra döyüşlərdə iştirak edirdi. Müharibə bitdikdən sonra bu aerodromda yerləşən alaya aid təyyarələr və HHM qoşunları SSRİnin cənub sərhədlərinin qorunmasına nəzarət edir və həmçinin Əfqanıstandakı müharibədə iştirak etmişdi. SSRİ-nin dağılmasının ardından aerodrom Gürcüstan Ordusunun nəzarətinə verildi. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasındakı müharibə zamanı Rusiyaya məxsus qırıcı təyyarələr aerodromu bombaladı, nəticədə 4 nəfər etnik gürcü hərbçisi həlak oldu.

Əhalisi Milli tərkibi 17-24 yanvar 2014-cü il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Marneuli şəhərində 20.211Population statistics of Eastern Europe: nəfər, Şaumyan qəsəbəsində isə 3.630 nəfər əhali yaşayır. Burada yaşayan toplam 20.211 nəfər əhalinin 84 %-ni azərbaycanlılar, 10,5 %-ni gürcülər, 3,7 %-ni ermənilər, 0,6 %-ni ruslar, 0,4 %-ni isə urumlar təşkil edir.The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia . ECMI Working Paper #23. February, 2005

+Marneuli şəhəri əhalisinin milli tərkibi Etnik qrup 1939 sa.Ethno-Caucasus, Этнодемография Кавказа: Борчалинский район (1939 г.) —>село Борчало Nisbəti 1989 sa.The European Centre for Minority Issues Caucasus: Ethnic Groups of Georgia: Census 1989 (Total/Percentage) Nisbəti cəmi4 233100 %27 118100 % azərbaycanlı3 45981.72 %18 49868.21 % erməni2566.05 %1 4555.37 urum170.4 %2 3998.85 % gürcü260.61 %2 0917.71 % rus və ukraynalı3458.15 %2 3049 % osetin10.02 %720.27 % kürd və yezidi10.2 %60.02 alman200.47 %...... assuriyalı330.78 %...... digər751.78 %2931.08 %

İqtisadiyyat Marneuli şəhərində heç bir iri sənaye müəssisəsi fəaliyyət göstərmir. Şəhərdə yalnız kiçik bir konserv zavodu və bir dəmir-beton zavodu fəaliyyətdədir. Əhalisinin əksəriyyəti tikinti, ticarət, təhsil və kənd təsərrüfatı sahəsində işləyir. Bundan başqa Gürcüstanda becərilən tütünün 78%-i Marneulidə yetişdirilir. Şəhərdə dəmiryolu stansiyası da mövcuddur.

Təhsil Marneulidəki orta məktəblərin əksəriyyətində təhsil azərbaycan dilində aparılır. 2008-ci ildə Marneulidə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universiteti açılıb. Bu təhsil ocağında Gürcüstanda fəaliyyət göstərəcək 124 Azərbaycan məktəbi üçün müəllim kadrları hazırlanması nəzərdə tutulur. Əvvəllər bu məktəblərdə işləmək üçün kadrlar Azərbaycandan göndərilsə də, müstəqillik dövründə bu proses dayandırılıb. Universitet rəhbərliyinin keçirdiyi sorğuya görə hazırda Azərbaycan dilində təhsil verən məktəblərdə 35 min şagirdə 4 min müəllim dərs deyir və bu məktəblərdə 800-ə qədər kadr çatışmır. İlk təhsil ilində bura 80 tələbə qəbul olunub.Marneulidə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universiteti açılıb 2015-ci ildə universitetin fəaliyyəti dayandırılıb.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Gürcüstan şəhərləri Kateqoriya:Gürcüstanın adı dəyişdirilmiş yaşayış məntəqələri Kateqoriya:Marneuli Kateqoriya:Marneuli bələdiyyəsinin yaşayış məntəqələri