Tarek Yassin Skaylar (Tarek Yassin Skylar; ) və ya Taz Skaylar (Taz Skylar) — İspaniya və Britaniya aktyoru. Ən çox "Netflix"in "One Piece" serialındakı Sanci roluna görə tanınır.
Həyatı
Tarek Yassin Skaylar Tenerife adasında anadan olub. Atası Həsən Yassin Syerra-Leone və Livan əsilli ərəb, anası Qven Skaylar isə Yorkşirdə anadan olmuş ingilisdir. 15 yaşında məktəbi tərk edib, sörf lövhələri istehsal etməyə başlamışdı. 2016-cı ildə o, Birləşmiş Krallığının Ordu ehtiyatlarına qoşulmağa cəhd etmişdi. Lakin, yol qəzasında aldığı xəsarət səbəbilə, tibbi testlərini keçə bilməmişdi. Qoşulmaq üçün yenidən müraciət etmək ancaq bir il sonra mümkün idi və o, yazıçılıq və aktyorluqla məşğul olmağa başlamışdı.
2015-2016 illərdə Skaylar qısametrajlı filmlərdə çəkilmişdi. 2018-2019 illərin arasında o, The Reserves serialda həm çəkilirdi, həm də onun üzərində yazıçı və prodüser kimi işləyirdi. Skaylar 2020-ci ilin Villain filmində çəkilmişdi.
O, One Piece serialında Sanci rolunu oynayır.
İstinadlar
Kateqoriya:İspaniya aktyorları Kateqoriya:İngiltərə aktyorları Kateqoriya:XXI əsr aktyorları