Coccyzus pluvialis (Şabalıdqarın ququ quşu) — "Cuculidae" ququ quşu fəsiləsinin "Cuculinae" yarımfəsiləsinə aid olan bir quş növü. Yamaykaya endemikdir.HBW and BirdLife International (2021) Handbook of the Birds of the World and BirdLife International digital checklist of the birds of the world. Version 6. Available at: http://datazone.birdlife.org/userfiles/file/Species/Taxonomy/HBW-BirdLife_Checklist_v6_Dec21.zip retrieved August 7, 2022

Təsvir

"Coccyzus pluvialis" 48-56 sm uzunluğundadır, bunun təxminən yarısı quyruqdur və çəkisi 130-189 qramdır. Növün qara dimdiyi qalın və əyilmişdir. Erkək və dişi fərdlərin lələk örtüyü eynidir. Yetkin fərdlərin üst hissələri solğun qəhvəyi, üz və döş hissəsi açıq boz, boğazı isə daha açıq rəngdədir. Qarın hissəsi tünd qırmızımtıldır. Quyruğu qara rəngdədir və böyük ağ ucları və bənövşəyi parıltısı var. Cavan fərdlərin quyruğu tünd qəhvəyi rəngdədir və ağ ucları var, lakin parıltısı yoxdur.Payne, R. B. (2020). Chestnut-bellied Cuckoo (Coccyzus pluvialis), version 1.0. In Birds of the World (J. del Hoyo, A. Elliott, J. Sargatal, D. A. Christie, and E. de Juana, Editors). Cornell Lab of Ornithology, Ithaca, NY, USA. https://doi.org/10.2173/bow.chbcuc4.01 retrieved September 26, 2022

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:İohann Fridrix Gmelin tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Coccyzus