Macaca maura və ya Moor makakı — Əntərmeymunlar yarımfəsiləsinə aid meymun növü.

Ümumi məlumat 250px|thumb|right|Qida axtaran Macaca maura dəstəsi Macaca mauranın qəhvəyi/qara bədən tükləri, açıq rəngli sağrı ləkəsi və çəhrayı çılpaq dərisi var. Oval şəkilli oturaq kallozitlərə malikdir. Təxminən 50–58,5 sm uzunluğundadır və tropik yağış meşələrində əncir, bambuk toxumları, tumurcuqlar, zoğlar, onurğasızlar və dənli bitkilərlə qidalanır. Bəzən "it-meymun" adlandırılır, çünki üzü itə bənzəyir, baxmayaraq ki, digər Köhnə dünya meymunlarından daha çox insanlara yaxın deyil. İndoneziyanın Sulavesi adasına endemikdir və bu ərazi əhəmiyyətli biomüxtəliflik mərkəzidir.

Moor makakı ilk dəfə 1825-ci ildə Henrix Rudolf Sçins tərəfindən qeyd edilərək qərb elminə təqdim edilmişdir.

İndoneziyanın Sulavesi adasında 7 makak növü yaşayır və onlardan biri Moor makakıdır. Təəssüf ki, Moor makakı adaya endemikdir və IUCN Təhlükə Altında Olan Növlərin Qırmızı Siyahısına görə təhlükə altındadır.

Davranışı Moor makaklarının ən ümumi davranış fəaliyyətləri qidalanma, hərəkət, istirahət və sosial qarşılıqlı əlaqədir. Moor makakları erkəklərin qrupdan ayrıldığı bir növdür. Erkəklər doğulduqları qrupu 7–9 yaşları arasında tərk edir, dişilər isə doğulduqları qrupda qalır. Qrup bölünməsi Moor makaklarında müşahidə edilir, lakin dişilər arasında qida üçün rəqabət bölünmənin əsas səbəbi kimi görünmür. Bəzi tədqiqatlar qrup bölünməsini dişilər arasında qida resursları üçün rəqabətə aid edir, digərləri isə bunu erkəklər arasında artan cinsi rəqabətlə əlaqələndirir. Bəzi tədqiqatçılar isə bu fenomeni, xüsusilə yaşayış sahələri üst-üstə düşən Moor makakı qruplarında, yaşayış sahələrinin müəyyənləşdirilməsi ilə əlaqələndirirlər.

İstinadlar

Ədəbiyyat Thomas Geissmann: Vergleichende Primatologie. Springer-Verlag 2003, ISBN 3-540-43645-6 Wilson D. E. & Reeder D. M. (eds). Mammal Species of the World. — 3rd ed. — Johns Hopkins University Press, 2005. — Vol. 1. — P. 743. — ISBN 0-8018-8221-4. OCLC 62265494.

Xarici keçidlər

Photos at ARKive.

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Asiya məməliləri Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Cənub-Şərqi Asiya məməliləri Kateqoriya:Meymunlar