Rasmus Kanbek (; ) — İsveç jurnalisti və müəllifi.
Rasmus Kanbek Kullavikdə böyümüş və Stokholm Universitetində sosial antropologiya üzrə magistr dərəcəsi almışdır. Onun jurnalist fəaliyyəti əsasən keçmiş sovet respublikalarına, xüsusilə Azərbaycan və Azərbaycan arasında mövcud olmuş Dağlıq Qarabağ münaqişəsinə yönəlmişdir. Münaqişə ilə yanaşı, Kanbek "kürü diplomatiyası" konsepsiyası haqqında da yazmışdır.
2024-cü ildə Rasmus Kanbek "Qırmızı xaç jurnalistika" mükafatına namizəd göstərilmişdir. O, həmin il "Sərhədsiz reportyorlar" təşkilatının İsveç şöbəsi tərəfindən verilən "Mətbuat azadlığı" mükafatına layiq görülmüşdür.
Fəaliyyəti Kanbekin yazıları əsasən hazırkı baş direktor Brit Stakston və jurnalist Martin Şibbü tərəfindən qurulan "Blankspot" xəbər saytında dərc olunmuşdur. O, 2021-ci ilin martında Qarabağda keçirdiyi səyahəti haqqında "Hər gün yavaş-yavaş ölürəm" adlı reportaj kitabının müəllifidir.
Kanbekin Azərbaycanın avropalı jurnalistlərini dəvət etməsi haqqında məqalələri "Södra" Publisist Klubunun sədri Aqneta Nordinin istefa etməsinə səbəb olmuşdur. Nordin bu səfərlərdə iştirak etmişdi, "İsveç Radiosu" isə iştirakçı jurnalistlərin Azərbaycanla bağlı xəbərləri işıqlandırmasına eicazə verilməyəcəyini bildirmişdir. Onun aşkarlamaları İsveç Gənclər və Vətəndaş Cəmiyyəti Agentliyinin (MUCF) sənədləri nəzərdən keçirdikdən sonra Azərbaycan ilə əlaqəsi olan iki təşkilata maliyyələşdirməni davam etdirməkdən imtina etməsinə səbəb olmuşdur.
Kanbek həmçinin, İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (ISDP) Azərbaycan ilə əlaqələri haqqında yazmışdır. Onun araşdırmaları göstərir ki, ISDP İsveç Xarici İşlər Nazirliyindən maliyyələşmə ilə yanaşı, Azərbaycanın lobbiçi təşkilatından və Azərbaycanda yerləşən bir tikinti şirkətindən də maliyyə almış, eyni zamanda ISDP Xarici İşlər Nazirliyinə məsləhətçi kimi xidmət etmişdir. Liberal deputat Fredrik Malm ISDP-nin Azərbaycandan müstəqilliyini şübhə altına almış, həmçinin Byörn Söder və Hakan Svennelinq Riksdaqda ISDP-nin maliyyələşməsi ilə bağlı suallar qaldırmışdır.
Azərbaycan haqqında yazıları onun İsveçdəki Azərbaycan səfirliyi tərəfindən təqib edilməsinə səbəb olmuş, bu isə "Sərhədsiz reportyorlar" təşkilatının İsveç şöbəsi və onun ana təşkilatı tərəfindən tənqid olunmuşdur. 30 noyabr 2022-ci ildə "Blankspot" Kanbekə qarşı təhdidlər və təqiblər barədə polisə müraciət edəcəklərini elan etmişdir.
Azərbaycan mətbuatında Azərbaycan mediasında onun fəaliyyəti ilə bağlı bir sıra ittihamlar irəli sürülmüşdür. Kanbek özü bu ittihamları rədd edərək onları siyasi motivli kampaniyanın tərkib hissəsi kimi qiymətləndirmişdir. O, bildirmişdir ki, qarayaxma kampaniyalarına məruz qalır və "#FaceOfCorruption" heşteqi altında hədəfə alınmasının Azərbaycan-yönlü troll şəbəkələri tərəfindən təşkil olunduğunu vurğulamışdır. 20 dekabr 2024-cü il tarixli "Ny attack från Azerbajdzjan mot Canbäck: anklagad för att leda kriminellt nätverk" adlı məqalədə Rasmus Kanbek bu iddiaların “tamamilə absurda” olduğunu, onunla əlaqə olmuş şəxs kimi təqdim olunan Ramiz Vəliyev barədə xəbərdar olmadığını və bu ittihamların dissidentləri hədəfə alan bir bəhanə kimi istifadə edildiyini bəyan etmişdir. O, Azərbaycan mətbuatının sübutlar təqdim etmədən bu iddiaları yayımladığını, bu kimi halların rejim medialarında fəal dissidentlərə qarşı hədə-qorxu taktikası kimi istifadə olunduğunu qeyd etmişdir.https://blankspot.se/ny-attack-fran-azerbajdzjan-mot-canback-anklagad-for-att-leda-kriminellt-natverk/
"Musavat.com" nəşri Kanbeki "casus jurnalist" adlandırmış, onun "üçlü agent" rolunu icra etdiyini iddia etmiş, fəaliyyətinin müxtəlif xüsusi xidmət orqanlarının təsiri altında aparıldığını bildirmişdir.https://musavat.com/news/casus-jurnalist-rasmus-kanbek-uclu-agent-rolunu-icra-edib_1133396.html "Qafqazinfo.az" portalı Kanbeki Ermənistan xüsusi xidmət orqanları və İsveçdəki erməni diasporu ilə əlaqələndirmiş, jurnalist kimi ön plana çıxmasının bu dairələrin dəstəyi ilə mümkün olduğunu iddia etmişdir. Həmin mənbəyə görə, Kanbekin maliyyələşməsində İsveçdəki erməni diasporuna bağlı şəxs və Ermənistanın İsveçdəki səfirliyi mühüm rol oynamışdır. Bu yazılarda həm OCCRP araşdırmalarının davam etdirildiyi, həm də "Ermənistanın regiondakı maraqlarının müdafiə edildiyi" vurğulanmışdır.
"Qafqazinfo" həmçinin qeyd etmişdir ki, Kanbek 2016-cı, 2017-ci, 2019-cu və 2021-ci illərdə "Qarabağa bir neçə dəfə qanunsuz səfər etmiş və bu səfərlər erməni lobbisi tərəfindən maliyyələşdirilmişdir". Mənbədə onun 29 avqustda dərc etdiyi "Dağlıq Qarabağın mühasirəsi zamanı Azərbaycan Qızıl Xaç təşkilatının yardımına necə mane olur?" adlı məqalə anti-Azərbaycan kampaniyasının bir hissəsi kimi təqdim olunmuş, bu kampaniyanın OCCRP vasitəsilə tirajlandığı vurğulanmışdır. Həmin materialda Kanbekin Azərbaycanda fəaliyyət göstərən keçmiş diplomatlar və ictimai fəallarla əlaqələr quraraq onların verdiyi məlumatlardan istifadə etdiyi iddia olunmuşdur. Bundan başqa, Qərbi Azərbaycan İcmasının yayımladığı bəyanatda Ermənistan hakimiyyətinin öz diplomatlarına nəzarət edə bilmədiyi bildirilmiş və Kanbekin fəaliyyəti bu kontekstdə müzakirə olunmuşdur.
Mükafatları "Sərhədsiz reportyorlar" təşkilatının İsveç şöbəsinin "Mətbuat azadlığı" mükafatı. 2024-cü il.
Qeydlər
İstinadlar