Linkoln kafedralı və ya Linkoln minster () — tarixi kilsə. Rəsmi olaraq Linkoln Müqəddəs Məryəm Ana Kafedral Kilsəsi adlanan dini tikili İngiltərənin Linkoln şəhərində yerləşir. İngiltərə Kilsəsinə tabedir. Linkoln yepiskopu burda oturur və Linkoln yeparxiyasının ana kilsəsi hesab olunur. Kafedral dekan və kapitul tərəfindən idarə olunur və I dərəcəli qorunması vacib sayılan memarlıq abidəsidir.
Kafedralın ən qədim hissələri 1072-ci ilə aiddir ki, bu zaman yepiskop Remiqu de Fekamp öz kürsüsünü Temza çayı üzərindəki Dorçesterdən Linkolnə köçürmüşdür. Tikinti 1092-ci ildə tamamlansa da, 1185-ci ildə baş verən zəlzələ nəticəsində ciddi zədələnmişdir. Sonrakı əsrlər ərzində kafedral müxtəlif Qotika üslublarında yenidən qurulmuşdur və onun əhəmiyyətli hissələri Erkən ingilis dekorativ və perpendikulyar üslublarında qorunub saxlanılmışdır.
Kafedral orijinal Maqna Kartanın dörd nüsxəsindən birinə sahibdir ki, bu nüsxə hal-hazırda Linkoln qəsrində nümayiş etdirilir. Linkoln kafedralı Böyük Britaniyada döşəmə sahəsinə görə dördüncü ən böyük kafedraldır (təxminən 5,000 m²) və Liverpul kafedralı, Müqəddəs Pavel kafedralı və York Minsterindən sonra gəlir. Memarlığı alimlər tərəfindən yüksək qiymətləndirilir. Viktoriya dövrü yazıçısı Con Ruskin onun haqda danışarkən, bunları demişdir: “Mən həmişə inanmışam ki, Linkoln kafedralı Britaniya adalarında ən qiymətli memarlıq nümunəsidir və təxminən bizim digər iki kafedralımızın dəyərindədir.
İstinadlar
Ədəbiyyat Lincoln Cathedral: Official Guide, Diocese of Lincoln Lincoln Cathedral, :en:Peter B. G. Binnall, Pitkin Publishing, The Grail Chronicles, E. C. Coleman, The History Press,
Xarici keçidlər
Official website Lincoln Cathedral Choir & Old Choristers Association Friends of Lincoln Cathedral Interactive panoramic tour of the cathedral's interior Capturing Lincoln Cathedral A history of the choristers of Lincoln Cathedral Conserving the Dean's Eye window, Ingenia Magazine, December 2007 Detailed historic record for Lincoln Cathedral
Kateqoriya:İngiltərədə Anqlikan kafedralları Kateqoriya:XIII əsrdə tikilmiş dini binalar Kateqoriya:Bakirə Məryəmə ithaf edilmiş kafedrallar Kateqoriya:Dünyanın keçmiş ən hündür binaları