Natali R. Lu () — peşəkar fəaliyyətində Wisp təxəllüsü ilə tanınan ABŞ musiqiçisi. O, San-Fransiskoda böyümüş və sonradan San-Fransisko Dövlət Universitetində təhsil almışdır.

Wisp 2023-cü ildə musiqi fəaliyyətinə başlamışdır. İfaçının ilk sinqlı olan "Your Face" "TikTok" sosial media platformasında viral olaraq "Billboard"un "Hot Hard Rock Songs" hit-paradında yer almışdır. Növbəti ilin aprel ayında musiqiçinin ilk minialbomu olan "Pandora" işıq üzü görmüşdür. 2025-ci ilin avqust ayında isə ifaçı özünün ilk studiya albomunu - "If Not Winter" adlı albomunu təqdim etmişdir.

Erkən həyatı və təhsili Lu San-Fransiskonun Sanset rayonunda böyümüşdür. Tailand və Tayvan mənşəlidir. Təhsil həyatının əhəmiyyətli bir mərhələsini Vallenberq Orta Məktəbində keçirmiş, burada müasir musiqi dərsləri və məktəbin ənənəvi musiqi-incəsənət festivalından təsirlənərək sənətə olan marağını inkişaf etdirmişdir. San-Fransisko Dövlət Universitetində kompüter elmləri ixtisası üzrə təhsil aldığı dövrdə musiqi karyerasına başlamışdır.

Fəaliyyəti 2023–2025: Karyera başlanğıcı, Your Face, Pandora, If Not Winter Onun debüt sinqlı "Your Face" 2023-cü il aprelin 4-də işıq üzü görmüşdür. Əsər "TikTok" sosial media platformasında viral olaraq yayılmış və "Billboard"un "Hot Hard Rock Songs" cədvəlində 8-ci pillədə yer tutaraq, 15 həftə ərzində öz mövqeyini qoruyub saxlamışdır. 2023-cü ilin noyabr ayında Nik Vernet və Boni Matanın rejissorluğu ilə sualtı çəkilişlərin yer aldığı musiqi klipi təqdim olunmuşdur. 2024-cü ilin mart ayında "Consequence" nəşrinin müxbiri Cona Kruqer Wisp-i "Şuqeyz janrının dirçəlişinin yeni lideri" adlandırmışdır. İfaçı 2024-cü il aprelin 5-də özünün ilk minialbomu olan "Pandora"nı təqdim etmişdir. 2025-ci ildə "Photographic Memory"nin "I Look at Her and Light Goes All Through Me" albomunda yer alan "Heartstyle" sinqlında iştirak etmişdir. İfaçının debüt albomu "If Not Winter" 2025-ci il avqustun 1-də ictimaiyyətə təqdim edilmişdir.

Üslubu "AllMusic" portalında Wisp-in təqdimatında qeyd edilir ki, o, indi-rok, drim-pop və şuqeyz janrlarını sintez edir. Wisp öz musiqisini nu-qeyz və alternativ rok kimi təsnif etməyə üstünlük verir. Onun yaradıcılığına təsir göstərən musiqiçilər sırasına "Whirr" (bu qrupun adı onun "Instagram" istifadəçi adında da əks olunur), "Title Fight", "Cocteau Twins", "Nothing", "My Chemical Romance" və "Deftones" daxildir.

Diskoqrafiya

Studiya albomları If Not Winter (2025)

Turlar If Not Winter Tour (2025)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:Interscope Records artistləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:XXI əsr ABŞ musiqiçiləri