thumb|Çiçəklərlə yazılmış "ALOHA" sözü (Hilo, Havay) "Aloha" ( , Havayca: [əˈlohə]) — adətən, salamlaşma kimi istifadə edilən sevgi, məhəbbət, sülh, şəfqət və mərhəmət mənalarını ifadə edən Havay sözüdür. Yerli havaylılar üçün bu daha dərin mədəni və mənəvi əhəmiyyətə malikdir, onlar üçün bu termin mövcudluğu birləşdirən qüvvəni təyin etmək üçün istifadə olunur. thumb|Üzərində "Aloha" sözü olan Havay avtomobil qeydiyyat nişanı Bu söz bütün Polineziya dillərində mövcuddur və hər biri eyni əsas mənada "sevgi", "şəfqət", "rəğbət", "xeyirxahlıq" deməkdir.
Həmçinin bax Əssalamu əleykum Namaste Aloha festivalları
İstinadlar
Kateqoriya:Salamlama Kateqoriya:Havay mədəniyyəti