Chalcostigma stanleyi (Mavi örtüklü bizquyruq) — "Lesbiinae" yarımfəsiləsinin, "Lesbiini" qəbiləsinə aid olan, "koketlər" qrupundan, bir kolibri növü.HBW and BirdLife International (2020) Handbook of the Birds of the World and BirdLife International digital checklist of the birds of the world Version 5. Available at: http://datazone.birdlife.org/userfiles/file/Species/Taxonomy/HBW-BirdLife_Checklist_v5_Dec20.zip [.xls zipped 1 MB] retrieved 27 May 2021
Təsvir "Chalcostigma stanleyi" 12–13 sm uzunluğundadır, erkəklərin çəkisi təxminən 6,2 q, dişilərin isə 4,5 q-dır. Hər iki cinsin qısa və düz qara dimdiyi və göz arxasında kiçik ağ ləkəsi var. Erkək fərdlərin nominal yarımnövü ümumilikdə tünd qonur rəngdədir. Başın üstü və ensə hissəsi tünd yaşıl parıltıya, arxası bənövşəyi-göy rəngə, quyruqüstü örtükləri isə firuzəyi rəngə malikdir. Mürəkkəb quyruğu polad mavisi rəngdədir. Onların boğazında dar bir lələk zolağı var ki, çənə altında zümrüd yaşılı rəngdədir və aşağıya doğru çəhrayıdan bənövşəyi-göy və ya göy-mor rəngə keçid edir. Dişi fərdlər oxşardır, lakin boğaz zolağı yalnız çənə altında yaşıl rəngdədir və xarici quyruq lələklərinin ucları açıq rənglidir. Cavan fərdlər dişilərə bənzəyir.Heindl, M. and P. F. D. Boesman (2020). Blue-mantled Thornbill (Chalcostigma stanleyi), version 1.0. In Birds of the World (J. del Hoyo, A. Elliott, J. Sargatal, D. A. Christie, and E. de Juana, Editors). Cornell Lab of Ornithology, Ithaca, NY, USA. https://doi.org/10.2173/bow.blmtho1.01 retrieved February 24, 2022 "C. s. versigulare" yarımnövünün bütün üst hissələri (təkcə arxa deyil) tünd bənövşəyi-göy rəngindədir və boğaz zolağının aşağı hissəsindəki çəhrayıdan, bənövşəyi rəngə keçid nominal yarımnövdən daha daradır. "C. s. vulcani" yarımnövü "versigulare" yarımnövünə bənzəyir, lakin boğaz zolağının aşağı hissəsi göy-boz və ya boz-bənövşəyi rəng alır.
Həmçinin bax Chalcostigma heteropogon
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:1851-ci ildə təsvir edilən quşlar Kateqoriya:Cənubi Amerika quşları