Böyük Mançester () — İngiltərənin Şimal-Qərbində yerləşən əyalət. O, zəngin sənaye tarixinə malikdir. 1,277 km² ərazini əhatə edir və əhalisi 2.9 milyon nəfərdir. Əyalət Mançester, Salford, Bolton, Buri, Oldham, Roçdeyl, Stokport, Tamesid, Trafford və Viqan olmaqla on metropoliten bələdiyyəsindən ibarətdir. Mançester şəhəri onun ən böyük yaşayış məntəqəsi və mərkəzidir. Coğrafiyası Ərazi mərkəzdə və cənub-qərbdə düzənliklər, şimalda və şərqdə isə dağlıq ərazilərlə xarakterizə olunur. Bu ərazilərin şimalında və şərqində Pennin dağları yerləşir. Bölgənin çayları məsələn, Mersey və İrvell, onun tarixi və iqtisadi inkişafında mühüm rol oynayıb. Mançester Gəmi Kanalı isə Mersey körfəzinə vacib bir əlaqə təmin edir.
Tarixi Bu region Sənaye inqilabına qədər kənd təsərrüfatı ilə məşğul olan bir yer idi. Lakin qısa dövr ərzində sürətlə sənayeləşdi. Ərazi pambıq parça istehsalı və kömür mədənçiliyi ilə məşhurlaşıb. Böyük Mançester həmçinin mühəndislik və elmi sahələrdə də böyük irəliləyişlərə imza atıb. İlk şəhərlərarası dəmiryolunun inşası və nüvə fizikası sahəsində Ernest Ruzerfordun kəşflərini buna nümunə çəkmək olar. XX əsrin ortalarında sənayenin geriləməsindən sonra, bu əyalət xidmət sektoru, media, rəqəmsal sənayelər və musiqi sahələrində inkişaf edib. Eyni zamanda bölgə idman və futbol komandaları ilə də tanınır.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
www.agma.gov.uk, the :en:Association of Greater Manchester Authorities www.gmcro.co.uk, the :en:Greater Manchester County Record Office, for historical records relating to Greater Manchester www.visitmanchester.com, the official tourism website for Greater Manchester
Kateqoriya:1974-cü ildə yaranmış dövlətlər və ərazilər