Yeni Niderland (, , ) (1614—1674) — ABŞ-nin şimal-şərqində yerləşən region. XVII əsrdə regionda koloniya vilayəti olub. Delmarva yarımadasının böyük hissəsini əhatə edib. ABŞ-ın hazır ki, Nyu York, Nyu-Cersi, Delaver, Konnektikut ştatları, Pensilvaniyanın bir hissəsi və Roud adası tarixən Yeni Niderlandın tərkibinə daxil idilər.

Tarixi Koloniya 1621-ci ildə Niderland Ost-Hind Şirkəti tərəfindən Şimali Amerikaa ilə ticarətdən faydalanmaq məqsədilə təsis edilib. Henri Hudzonun kapitanı olduğu gəmi ilk dəfə Amerika qitəsinin şimal sahillərinə gələrək buranı kəşf edib. İlk dövrlər Başlanğıcda, Niderland Ost-Hind Şirkətinin siyasi səhvləri və yerli amerikalılarla münaqişələr səbəbindən yerləşmə ləngiyirdi. Koloniya 1650-ci illərdə sürətli bir şəkildə inkişaf etdi və Şimali Atlantik üzərindəki ticarət mərkəzlərindən birinə çevrildi.

1609-cu ildə İngilis dəniz kapitanı və kəşfiyyatçı Henri Hudzon tərəfindən əsası qoyulan koloniya zamanla böyük ticarət mərkəzinə çevrildi. Hudzon Niderland Ost-Hind Şirkəti tərəfindən Asiyaya gedən Şimal-Şərq keçidini tapmaq üçün işə götürülmüşdü. O, ikinci cəhdində Arktika buzları ilə qarşılaşaraq geri dönməyi qərara aldı və qərb istiqamətində gedərək Şimali Amerikanın şərq sahilini kəşf etdi. İlk olaraq Nyufoundlandda, sonra isə Cape Codda eniş edib. Bu kəşflər, hollandların bu əraziləri ələ keçirməsinə zəmin yaratdı.Nieuwe Wereldt ofte Beschrijvinghe van West-Indien, uit veelerhande Schriften ende Aen-teekeningen van verscheyden Natien (Leiden, Bonaventure & Abraham Elseviers, 1625) p. 84

1625-ci ildə Manhettenin cənub ucunda Yeni Amsterdamın (sonradan Nyu-York şəhəri) əsası qoyuldu. 1626-cı ildə mohakilər mogikanları burdan qovdu. 1643-cü ildə hindular və hollandlar iki il davam edən Kieft müharibəsi apardılar. Müharibə koloniyanın böyüməsini yavaşlatdı. Bununla belə, 1653-cü ildə hollandlar Hudson çayı üzərində o zaman Şimal çayı (Nurtrivier) adlanan yeni yaşayış məntəqəsi olan Esopus qəsəbəsinin əsasını qoydular.Juan Rodriguez monograph . Ccny.cuny.edu. Retrieved on July 23, 2013.Honoring Juan Rodriguez, a Settler of New York – NYTimes.com . Cityroom.blogs.nytimes.com. Retrieved on July 23, 2013. 1655-ci ildə Yeni Hollandiya Delaver çayı üzərindəki Yeni İsveç koloniyasını ələ keçirdilər. 1659-cu ildə Hollandiya Delavarlar arasında müharibə başladı. 1664-cü ildə qubernator Peter Stuyvesant Yeni Hollandiyanı ingilislərə təhvil verdi.

Sakinləri Yeni Niderlandın sakinləri Avropa əsilli mühacirlər, yerli amerikalılar və əsir işçi qüvvəsi olaraq gətirilmiş Afrikalılar idi. Yerli amerikalılar istisna edilməklə koloniyanın əhalisi 1650-ci ildə 4,301 nəfər, 1674-cü ildə isə təxminən 8,000-9,000 arasında idi.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

The New Netherland Museum New Netherland Project 17-page article on Jewish arrival in New Netherland Right of the People to Petition the Government for a Redress of Grievances; exercised in 1649 and codified in 1791 First Amendment New York and its origins Dutch Portuguese Colonial History: history of the Portuguese and the Dutch in Sri Lanka (Ceylon), India, Malacca, Bengal, Formosa, Africa, Brazil. Language Heritage, lists of remains, maps. NEW NETHERLAND AND BEYOND: Collections of Genealogy and History, Including Maps and Various Lists!

Kateqoriya:ABŞ tarixi Kateqoriya:XVII əsrdə yaranan yaşayış məntəqələri Kateqoriya:Keçmiş ingilis müstəmləkələri Kateqoriya:Keçmiş Niderland müstəmləkələri