Hüseyn Rzazadə (fars. حسین رضازاده; d. 12 may 1978, Ərdəbil, İran) - İran idmançısı, ağırlıqqaldırma üzrə ikiqat olimpiya və dörd dəfə dünya çempionu. Ərdəbildə anadan olmuşdur, əslən azərbaycanlıdır.

Olimpiadalarda iştirakı

2000 və 2004 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış və indiyədək dünyanın rəsmi rekordunu saxlamışdır.

2004 Yay Olimpiya Oyunlarında Türkiyə yığmasına dəvət edilsə də "Mən İranlıyam və öz vətənimi və xalqımı sevirəm" deyərək bu təklifdən imtina etmişdir .

Rzazadənin dünya rekordunu Səyid Əli Hüseyni adlı bir başqa gənc və Ərdəbilli idmançı, vurmuşdur və bu 19 yaşlı oğlana Super Rzazadə ləqəbi vermişlər.

Hazırda İran ağırlıqqaldırma federasiyasının sədridir.

Qeyd etmək lazımdır ki, keçən əsrin 50-ci illərində üç dəfəyə 500 kq. qaldırmış Paul Anersonu ABŞ-də, 60-cı illərdə isə bir dəfəyə 212 kq. ağırlıq qaldırmış Yuri Vlasovu SSRİ-də müvafiq olaraq,ən güclü amerikalı və ən güclü rus kimi təbliğ edilirdisə, Hüseyn Rzazadə dünyada ən güclü insan azərbaycanlıdır deyilərək, təbliğ olunmur.

"Ginnesin rekordlar kitabı"nda

Hüseyn Rzazadə "Ginnesin Rekordlar Kitabına" planetimizin ən güclü pəhlivanı kimi daxil olub. 263 kiloqram ağırlığı başı üzərinə qaldıran Rzazadə 2004-cü ildə 263,5 kq ağırlıq qaldırmaqla özünün müəllifi olduğu dünya rekordunu təzələmişdir.

Ailəsi

Məkkədə evlənmiş, Əbülfəzl adlı oğlu vardır.

İstinadlar IWRP - profile

Kateqoriya:Ginnesin Rekordlar Kitabına düşənlər Kateqoriya:Ərdəbildə doğulanlar Kateqoriya:2000 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:2004 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Ağır atletika üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:İranın kişi siyasətçiləri Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:İran şəxsləri Kateqoriya:1998 Asiya Oyunları medalçıları Kateqoriya:2002 Asiya Oyunları medalçıları Kateqoriya:2006 Asiya Oyunları medalçıları