thumb|Coan Baez ilə Bob Dilan
Müğənni-bəstəkar — mahnılarının bütün komponentlərini, o cümlədən sözlərini, musiqisini və aranjimanını özü həyata keçirdən və ifa edən şəxs.
Tərif və istifadə
"Müğənni-bəstəkar" termini adətən mahnılarını çox vaxt gitara və ya piano kimi bir musiqi alətinin müşayiəti ilə özləri bəstələyən, məşhur musiqi ifaçılarını təsvir etmək üçün istifadə olunur. Bu tipdə olan sənətkarlar bəstəkar, müəllif, vokalçı, bəzən instrumental ifaçı və çox vaxt öz fəaliyyətinə özü rəhbərlik edən şəxs rollarını ifa edirlər. AllMusic-ə görə, müğənni-bəstəkarların sözləri çox vaxt şəxsi xarakter daşıyır, lakin düşünülmüş mürəkkəb metaforalar və qeyri-müəyyən təsvirlərlə (obrazlarla) örtülüdür və onların yaradıcılıq maraqları ifalarından daha çox mahnının özünə yönəlir. Oxşar bir formada bu cür sənətkarların yazdırdıqları səsyazmaları da birbaşa mahnının özünü ön plana çıxaran bir səs estetikasına malik olur.
İstinadlar
Əlavə ədəbiyyat siyahısı
Alarik, Scott, Deep Community, (2003), Black Wolf Press. Hoffman, Frank, "The Singer-Songwriter Tradition", from Survey of American Popular Music (modified for the web by Robert Birkline) Knopfler, David, The Singer-Songwriter: Defining the Genre – Defining the Style DiMartino, Dave singer-songwriters: Pop Music's Performer-Composers from A to Zevon (1994), Billboard Books(web search required). Rodgers, Jeffrey P., The Complete Singer-Songwriter: A Troubadour's Guide to Writing, Performing, Recording & Business, (2003) Backbeat Books (web search required). Singer-songwriters of the Rock Era (1996), Hal Leonard (sheet music)(web search required).
Xarici keçidlər
Кантаутори. Lamusicaitaliana.ru
Kateqoriya:Musiqi peşələri Kateqoriya:Müğənni-bəstəkarlar Kateqoriya:İngilis dilində ifadələr