Eşnunna — Şumer (sonralar Akkad) şəhəri və şəhər-dövləti idi. O, Mesopotamiyanın mərkəzində Tell Əğrəb şəhərindən 20 km, Tell İşhali şəhərindən isə 24 km şimal-qərbdə yerləşirdi. Diyala çayından şimal-qərbdə yerləşməsinə baxmayaraq, Eşnunna Şumer mədəniyyətinə daxil idi. Arxeoloji məqalələrdə bu şəhər bəzən Aşnunnak və ya Tuplias da adlandırılır.
Şəhərin himayəçi tanrısı Tişpak (Tišpak) idi. Bununla yanaşı, Sin, Adad və İştar da Eşnunnada ibadət olunan tanrılar arasında yer alıb. Hakimlərin şəxsi ilahələri isə Belet-Şuhnir və Belet-Terraban olub.Ungnad, A., "Zu den Patesis von Tupliaš", Orientalistische Literaturzeitung, vol. 12, no. 1-6, 1909, pp. 81-81, 1909 Tarixi Erkən Tunc dövrü Eşnunnada məskunlaşma təxminən e.ə. 3000-ci ilə aid olan Cəmid Nəsr dövründən başlayıb. O, Mesopotamiyanın Erkən Sülalə dövründə əsas şəhərlərdən biri olub. Mixi yazılar və qazıntılar göstərir ki, şəhər Akkad dövründə də mövcud olub. Lakin III Ur dövründəki qədər geniş olmayıb. Thorkild Jacobsen, "Philological Notes on Eshnunna and Its Inscriptions", Assyriological Studies 6, Chicago: University of Chicago Press, 1934 Şimal Sarayına aid ərazilər bu dövrə aiddir və özəl evlərdə tualetlər də daxil olmaqla erkən kanalizasiya mühəndisliyinin nümunələrini göstərir.George, A. R. "On Babylonian Lavatories and Sewers.", Iraq, vol. 77, 2015, pp. 75–106
Şəhərin ilk məlum hökmdarları Üçüncü Ur sülaləsindən asılı olub. Eşnunna Üçüncü Ur sülaləsi üzvləri ilə xüsusi əlaqələrə malik ola bilərdi. Məsələn, Şulqinin həyat yoldaşı Şulgi-Simtum Eşnunnadakı hökmdar sülaləsi ilə bağlı iki tanrıya ibadət edib, Şu-Sinin əmisi Babati isə bir müddət Eşnunnada yaşayıb.
Orta Tunc dövrü III Ur imperiyası süqut etdikdən sonra Akkadda qarışıqlıq dövrü başlayıb. Bu zaman bir çox şəhər-dövlətlər hakimiyyət uğrunda mübarizə aparırdı. Eşnunna qısa müddətə Subartu tərəfindən ələ keçirildi, lakin İsin şəhərindən İşbi-Erra Subartunu məğlub edərək Nur-ahumu Eşnunnanın yeni hökmdarı təyin etdi. Nur-ahum özünü Tişpak tanrısının sevimlisi adlandıraraq, şəhərdə böyük inşa işləri həyata keçirib.
Son Tunc dövrü E.ə. XII əsrdə Elam hökmdarı Şutruk-Nahunte Eşnunnanı fəth edib və Akkad dövründən Babil dövrünə qədər bir çox heykəli Sus şəhərinə aparıb. Şəhərin yerləşməsi ona Mesopotamiya və Elam mədəniyyətləri arasında ticarət qapısı funksiyası verib.Blocher, Felix. "Thoughts about the Audience-Hall of Naramsin at Tell Asmar-Ešnunna." Over the Mountains and Far Away: Studies in Near Eastern history and archaeology presented to Mirjo Salvini on the occasion of his 80th birthday, pp. 90-97, 2019 Ticarət yolları vasitəsilə şəhər şimaldan atlar, mis, qalay, digər metallar və qiymətli daşlar kimi nadir məhsullara çıxış əldə edirdi. Eşnunnada tapılan bir məzarda Zənzibardan gətirilmiş kəhrəbadan hazırlanmış bir asma aşkar edilib.Carol Meyer et al., "From Zanzibar to Zagros: A Copal Pendant from Eshnunna," Journal of Near Eastern Studies, vol. 50, no. 4, pp. 289–298, 1991 Bundan əlavə, Hind çayı adisi sivilizasiyasına aid bir neçə möhür və muncuq da tapılıb.Henri Frankfort, "The Indus civilization and the Near East." Annual Bibliography of Indian Archaeology for 1932, Leyden, VI, pp. 1–12, 1934
İstinadlar
Xarici keçidlər The Diyala Project at the University of Chicago Tell Asmar Statue at the Oriental Institute of the University of Chicago
Kateqoriya:İraqdakı arxeoloji abidələr Kateqoriya:Şumer Kateqoriya:Şəhər-dövlətlər Kateqoriya:Tarixi krallıqlar