Sabahınız xeyir (; ) — 2010-cu ildə rejissor Rocer Mişel tərəfindən çəkilmiş film.

Süjet xətti

Gənc, yorulmaq bilməyən və son dərəcə fəal olan Bekki Fülleri (Reyçel Makadams) iki böyük məyusluq gözləyir. O, ABŞ ştatlarından birindəki kanalda səhər şousunun teleprodüseri kimi işlədiyinə görə şəxsi həyatını qura bilmir. Karyerasında da işlər yaxşı getmir – onu işdən çıxarırlar və yerinə telekanal rəhbərliyinə namizəd olan bir nəfəri təyin edirlər.

Bekki yeni iş axtarmağa başlayır və nəhayət, bir möcüzə nəticəsində Nyu-Yorkdakı belə səhər əyləncə-xəbər şoularından birində iş tapa bilir.

Gənc yaşına baxmayaraq, Bekki həm qərarlı, həm də peşəkar bir kadrdır. Elə ilk iş günündə yeni icraçı prodüser kollektivi mənəvi cəhətdən pozan və açıq şəkildə cinsi azğınlıqları olan, özündən razı bir tovuz quşunu xatırladan baş aparıcını (Ti Burell) işdən çıxarır.

Proqram bağlanmaq təhlükəsi ilə üz-üzə qalır – əgər verilişin reytinqləri artmasa, verilişin efir vaxtı teleseriallara veriləcəkdir. Verilişi xilas etmək üçün Bekki telejurnalistikanın əfsanəvi veteranı Mayk Pomeroyu (Harrison Ford) dəvət edir. Onun şöhrəti keçmişdə qalsa da, böyük təcrübəsi, peşəkarlığı və savadı sayəsində Bekki tamamilə yeni bir gecə şousu konsepsiyası qura bilir. Amma Pomeroy özü də asan insan deyil – onun səbəb olduğu hadisələr verilişdə dəfələrlə qarışıqlıqlara səbəb olmuşdur. Lakin nəhayət, o, Bekkidəki potensiala inanır və onu bir mütəxəssis kimi sevməyə başlayır.

Rollarda

Reyçel Makadams — prodüser Bekki Füller Harrison Ford — jurnalist Mayk Pomeroy Dayan Kiton — teleaparıcı Kolin Pek Ceff Qoldblum — Cerri Barnes, Bekki Fullerin yeni işində müdiri Patrik Vilson — Adam Bennett Tay Barrell — Pol MakVi 50 Cent — kameo Tony Yayo — kameo Lloyd Banks — kameo

Tənqid

Rotten Tomatoes saytında filmin qiyməti 6/10, reytinqi isə 55%-dir və bu, 181 rəyə əsaslanır. Ulduzlu aktyor heyətinə baxmayaraq, tənqidçilər filmi o qədər də yaxşı qarşılamamışdırlar. Onlar komediyanın qeyri-ardıcıl hesab etmiş və filmin müəlliflərini televiziya və media üçün əhəmiyyətli mövzulara toxunmamaqda, bunun əvəzinə isə yalnız xoş və yüngül sərgüzəştlərlə kifayətlənməkdə ittiham etmişdirlər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2010-cu illərin filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2010-cu illərin ABŞ filmləri Kateqoriya:2010-cu ilin romantik komediya-dram filmləri Kateqoriya:ABŞ-nin romantik komediya-dram filmləri Kateqoriya:Bad Robot Productions filmləri Kateqoriya:İngilis dilində romantik komediya-dram filmləri Kateqoriya:Jurnalistlər haqqında filmlər Kateqoriya:Televiziya şəxsləri haqqında filmlər Kateqoriya:Rejissor Rocer Mişelin filmləri Kateqoriya:Cefri Ceykob Abramsın prodüseri olduğu filmlər Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Bəstəkar Devid Arnoldun filmləri Kateqoriya:Ssenari müəllifi Alin Broş Makkenna olan filmlər Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:Televiziya stansiyalarında çəkilmiş filmlər Kateqoriya:2010-cu ilin ABŞ filmləri Kateqoriya:Dramlar