Café Procope (Le Procope kimi də tanınır) — Parisin 6-cı rayonunda, Latın məhəlləsində, Ancienne-Comédie küçəsində yerləşən restoran. 1686-cı ildə siciliyalı aşpaz Procopio Cuto (həmçinin italyan adı Francesco Procopio dei Coltelli və fransız adı François Prokop ilə də tanınır) tərəfindən açılmışdır.Bell, David A. "Culture and Religion." Old Regime France: 1648–1788. Ed. William Doyle. Oxford [u.a.: Oxford Univ., 2003. 78–104. Print. XVIII və XIX əsrlərdə Paris bədii və ədəbi ictimaiyyətinin mərkəzinə çevrilmişdir.
Bəzən “Prokop”u səhvən dünyanın ən qədim fasiləsiz fəaliyyət göstərən kafesi adlandırırlar, (İngiltərənin Oksford şəhərindəki “Queen's Lane” kafesi 1654-cü ildən bu günə fasiləsiz fəaliyyət göstərir) lakin orijinal kafe 1872-ci ildə bağlanmışdır. 1957-ci ildə yenidən açılsa da əvvəlki kafe ilə əlaqəsi olmamış, yalnız adı eyni olmuşdur. Kafenin (kafe deyil, restoran) yerləşdiyi bina vaxtaşırı olaraq müxtəlif təyinatlar üzrə istifadə edilmişdir. Bu baxımdan, “Prokop”a “davamlı fəaliyyət göstərən ən qədim kafe” demək düzgün deyil.Bernard Lefort, « Le Procope a trois siècles », Le Monde, 12 juillet 1986 (lire en ligne [archive], consulté le 14 mai 2019) Tarixi Osmanlı sultanı IV Mehmet Süleyman Ağanı Fransa kral sarayına səfir, elçi göndərdikdən sonra fransızlar “qəhvə” adlı tonik içkisi ilə tanış olmuşlar. XVIII əsrin sonuna yaxın əslən İsfahandan olan Qriqori adlı erməni (Parislilər onu Paskal kimi tanıyıblar) Marseldən Parisə gəlmiş, hər il keçirilən Sen-Jermen yarmarkasında iştirak etmişdir. Yarmarka bağlandıqdan sonra Mazarin küçəsində (Rue Guenegault və Comedie Française Teatrının yaxınlığında) balaca köşk açmışdır. 1689-cu ildə teatr Rue des Fossés-Saint-Germain küçəsinə köçdükdən sonra Paskal köşkünü ora köçürmüşdür. O, burada qəhvə, çay və isti şokoladla yanaşı, daha bir neçə yeni məhsul, məsələn dondurma satmışdır. Onun satdığı meyvə şirələri və şəkərli meyvələri çox məşhur imiş. Bundan əlavə, Paskal kafeyə gələnlərə likör və müxtəlif xarici şərablar təklif edirmiş.Fitch, p. 43
Daha sonra o, “Etoile” komandasının tennisçilərinin tez-tez getdiyi hamamların yerində məskunlaşmış və özünə daimi müştərilər toplamağa başlamışdır. Lakin Paris əhli Paskalı gəlmə, mühacir olduğundan, ona elə də etimad göstərməmişdir. Buna görə Parisdə qalıb uğurlu iş qurmaq cəhdi baş tutmadığından, Paskal 1675-ci ildə Londona köçmüşdür.https://web.archive.org/web/20030430210413/http://www.arts.cornell.edu/econ/kiefer/Restaurant.PDF "Prokop" XVIII əsrdə
Paskalın (Qriqori) mağazasını (köşk) onun tələbəsi, həmçinin köməkçisi olmuş əslən siciliyalı (Aci-Trezza və ya Palermodan gəlmişdi) Françesko Procopio dei Coltelli (Cuto) almışdır. 1686-cı ildə Procopio Cuto mağazanı Rue des Fossés-Saint-Germain-des-Présə köçürmüşdür. Onun mağazasını camaat əvvəl "antre" (mağara) adlandırmışdır, çünki bayırda hava günəşli olduqda belə içəri çox qaranlıq olurmuş.Ukers, William H., All About Coffee – The Project Gutenberg EBook , p. 94. Ona görə Cuto yaxınlıqdakı hamam binasını alıb onu təmir etmiş, interyeri lazımi avadanlıqlarla təchiz edərək burada kafe açmışdır. Onun yeni kafesində indiki müasir Avropa kafeləri üçün standart sayılan əşyalar, məsələn, büllur çilçıraqlar, divar güzgüləri, mərmər masalar quraşdırılmışdır. Bu kafe cəmiyyətdə sayılıb seçilən kişilərin meyxanalarda təqdim edilən qəhvə, xarici içkilər və ekzotik “erməni” geyimlərində xidmət edən ofisiantların çini fincanlarda təqdim etdikləri şərbət içə biləcəkləri bir yerə çevrilmişdir. İlk illər kafeyə qadınlarla gələn kişilərin sayı çox olsa da, get-gedə onların sayı azalmağa başlamışdır. Kafe özünəməxsus ad qazanmışdır. Françesko Procopio italyan olduğu üçün Paris camaatı ona daha çox etimad göstərmişdir. Dejean
1689-cu ildə kafenin yerləşdiyi küçədə “Comédie Française” teatrı açıldığından, buranın şöhrəti daha da artmışdır. Belə uğurlu təsadüf sayəsində kafe çoxlu aktyor, yazıçı, musiqiçi, şair, filosof, inqilabçı, dövlət xadimi, elm adamı, dramaturq, ədəbiyyatşünas və teatr rəssamlarını özünə cəlb edə bilmişdir.THE CAFE PROCOPE by Addison May Rothrock; Lippincott's Monthly Magazine (1886–1915); Jun 1906; 77, 462; American Periodicals Series Online, pg. 702 Məhz 18 dekabr 1752-ci ildə Jan-Jak Russo sonuncu dəfə yazdığı “Narcisse” pyesini teatr səhnəsində gördükdən sonra kafeyə gəlmiş və səhnədəki hər şeyin nə qədər darıxdırıcı olduğunu açıq şəkildə bəyan etmişdir.E. P. Shaw, "The Chevalier de Mouhy's Newsletter of 20 December 1752" Modern Language Notes 70.2 (February 1955, pp. 114–116), p. 116.
1700-cü ildə Françesko Procopio şəhər meriyasına 800 livr ödəyərək Neuve-des-Fossés-Saint-Germain küçəsində yerləşən kafesi üçün Saint-Germain fəvvarəsindən xüsusi kanalla çəkilmiş dörd xətt sudan daimi istifadəyə dair güzəşt əldə etmişdir. Archives nationales, MC/ET/VIII/1581, dossier 68, concession sous forme de parchemin datée du 16 septembre 1700.
Baxmayaraq ki, “Prokop” kafesində qadın olmurdu və daimi müştərilərin tərkibi dəyişməz olaraq qalırdı, bura adamı heyran edirdi, özünə çəkirdi. Lui şevalye de Mayi "Café Procope” haqda 1702-ci ildə yazırdı:https://web.archive.org/web/20070505130056/http://perso.orange.fr/dboudin/zGalerie/Journaux.html#Muse%20historique%20de%20Loret
1702-ci ildə Procopio Cuto adını dəyişib Fransua Prokop (François Procope) etmişdir və bundan sonra kafeni "La Procope" adlandırmışlar. Bundan əvvəl isə onun kafesi "Müqəddəs Turin Kəfəni” kimi tanınmışdır. David, p. 27.Albala, p. 84 The first cafe in Paris, Le Procopio, was opened by the Sicilian Francesco Procopio dei Coltelli in 1686.
XVIII əsrdə kafe “Prokop” ziyalılar və qalmaqal sevənlər üçün görüş yerinə çevrilmişdir, onların bu müəssisə haqda yazdıqları şərhlər polis hesabatlarında öz əksini tapmışdır.
Bütün ensiklopediyaçılar Volter kimi qəhvəni şokoladla qarışdırıb gündə qırx stəkan içməyiblər, lakin onların hamısı Bencamin Franklin, Con Pol Cons və Tomas Cefferson kimi “Café Procope”ə gəlib burada görüşüblər.Daniel Jouve, Alice Jourve, and Alvin Grossma, Paris : Birthplace of the U.S.A.
1716-cı ildə Fransua Prokop vəfat etdikdən sonra kafeni onun oğlu işlətmişdir. Bura hətta Parisdə çox məşhur olan “Café de la Régence”lə rəqabət aparmışdır.https://www.researchgate.net/publication/309212023_Le_Cabaret_new-yorkais_Prolegomenes_a_l'analyse_d'un_genre_spectaculaire Kafe "Prokop" və onun müştəriləri
XVI Lüdviqin vaxtında "Prokop"lar ailəsinin sonuncu üzvü vəfat etmişdir. Kafenin yeni sahibi Zoppi adlı biri olmuşdur və kafe onun adı ilə tanınmışdır. Zoppi burada hər kəsin rəsm çəkə biləcəyi klub, kitabxana açmışdır və müştərilərini dəyişmişdir. Kafeyə daha çox sənətkarlar, ustalar, saray əyanları, filosoflar və inqilabçılar cəlb olunmuşlar. Bura tez-tez gələnlər arasında Dantonu və Maratı misal göstərmək olar. Onlardan sonra Robespyer də bura gəlməyə başlamışdır.
Kafenin divarlarının birində Kamil Demulenə məxsus sitat yer alıb:
Frigiya papağı (antik dövrdə azad edilmişlərin geydiyi baş geyimi) ideyası və 1792-ci il avqustun 10-da Tüilri sarayına edilən hücumun şüarı bu kafedə yaradılmışdır. Volterin kafedə oturduğu masa 1794-cü ildə onun məzarını başqa yerə köçürərkən nəzir qurbangahı kimi istifadə olunmuşdur. Həmçinin, Lepeletye və Maratın cənazələrini Panteona dəfn etməyə apararkən bu masadan tabut kimi istifadə edilmişdir.
"Prokop" kafesinin adı o dövrdə bir çox yazıçıların, ədiblərin əsərlərində çəkilmişdir. Məsələn, Volterin vəfatından bir neçə il sonra Lui Sebastyan Marsye onun haqda yazdığı məlumatda kafenin adını çəkmişdir:.Mercier, Tableau de Paris, VI:222, quoted in Georges May, "The Eighteenth Century" Yale French Studies No. 32, Paris in Literature (1964, pp. 29–39), p.31. “Bu parisli yazıçının bütün əsərləri sanki paytaxt əhalisi üçün yazılmışdır. Əsərlərini yazarkən bütün diqqətini Fransa Akademiyasına, “Comédie Française” ictimaiyyətinə, “Café Procope”a və gənc muşketyorlar dərnəyinə yönəltmişdir. Demək olar, bundan başqa heç nə görməmişdir”.
Hazırda restoranın qapısının üstündə “Café a la Voltaire” yazısı asılıb. Volter bu kafe haqda deyirdi: “Dondurması nəfisdir. Təəssüf ki, qanunla qadağan olunmayıb”.
Deyilənə görə, Deni Didro və Jan Leron Aramber “Ensiklopediya” yaratmaq ideyasını kafe “Prokop”da düşünmüşlər.Fitch, p. 43 During the French Enlightenment (1715-89) the Encyclopédie was born here in conversations between Diderot and d'Alembert.
Alen Rene Lesaj "Əmək Yolu" əsərində (1772) səs-küylü “Prokop” kafesini belə təsvir edirdi:
"Burada bütün təbəqələrdən olan insanlar - zadəganlar və aşpazlar, ağıllılar və sərxoşlar arasında xaotik bir təlaş var, hamı istədiyi kimi uca səslə danışır".Burada müəllif Fransada getdikcə yaranmağa başlayan demokratik qarışıqlığa işarə edirdi.
Fransa inqilabı zamanı tezliklə Azadlıq simvoluna çevrilmiş “Frigiya papağı” ilk dəfə kafe “Prokop”da nümayiş etdirilmişdir.
1820-ci illərdə kafe təmirdən çıxdıqdan sonra onun digər məşhur mütərisi hər gün saat 11:00-dan 12:00-a qədər burada nahar etməyə gələn Aleksandr von Humboldt olmuşdur. Kafe “Prokop” ədəbi şöhrətini qoruyub saxlaya bilmişdir. Alfred de Müsse, Jorj Sand, Qustav Planş, filosof Pyer Leru, “Le Monde” qəzetinin redaktoru, Anatoli Frans və Mixail Prins onun daimi müştərilərindən olmuşlar. İkinci Respublika dövründə Oqüst Vermorel və Léon Qambetta sosial islahatlarla bağlı planlarını burada açıqlamışlar.J. P. T. Bury, Gambetta and the National Defence: A Republican Dictatorship in France (New York) 1936.
1860-cı illərdə Mole Konfransı öz iclaslarını “Café Procope”da keçirmişdir. Leon Qambetta bir çox digər fransız natiqləri kimi Mole Konfransında ritorika sənətini öyrənmişdir. Həmin dövrdə kafeyə gələn digər fəal üzvlərdən Ernest Pikardı, Klement Loryeni və Léon Renonu misal göstərmək olar.Fraser's Magazine.The Eclectic Magazine of Foreign Literature, Science, and Art.1881.Leavitt, Trow, & Company.Léon Michael Gambetta
Monteskyö “İran məktubları” əsərinin XXXVI cildində Café Prokopdan bəhs etmişdir:Charles-Louis de Secondat, baron de La Brède et de Montesquieu, Lettre 36. Usbek à Rhédi, à Venise, sur Wikisource.
"Prokop" XIX əsrdə
1814-cü ildə Jan-Batist-Qodfrua-Modest Hoy kafenin yeni meneceri olmuşdur. O, kafenin adını “Zoppi”dən “Prokop”a dəyişmişdir. Buranı yenidən ədəbi-mədəni məkana çevirmişdir. Onun daimi müştəriləri arasında romantiklərlərdən Müsseni, Jorj Sandı, Teofil Qotyeni, Roje de Bovuarı (1835-ci ildə "Café Procope" əsərini yazan) misal göstərmək olar. Aktyorlardan Frederik Lemetr, Mari Dorval və madmuazel Jorj tez-tez bura gəlib getmişlər. O dövrün tənqidçiləri kafe haqda belə yazırdılar:
"Prokop”da dondurma, brioşam(bulka), ptifur (peçenye), şəkərli şabalıd, nuqa və dyaqel dadmaq mümkündür. Hoy çox istedadlı limonad ustasıdır".
13 dekabr 1883-cü ildə “Prokop”da reqbi klubu “Stade Français”in ilk iclası keçirilmişdir. 1890-cı ildə hansısa “xeyirhaq xanım” 13, rue Ancienne-Comédie ünvanında yerləşən mağazasının böyük otağını onlara vermişdir. İşsiz qalan və heç bir yerdən dəstəyi olmayan gənclər tez bir vaxtda bura axışmış, müxtəlif işlərlə məşğul olmağa başlamışlar, məsələn, toxumların çeşidlənməsi, etiketlərin hazırlanması və sair. Bunun müqabilində onlara pulsuz yemək, mənzil və çox işləyənlər üçün təqaüd verilmişdir. Belə adamlar üçün daimi yataqxana binası və yeməkxana yalnız 1898-ci ildə rue de Rennes, 149 ünvanında yaradılmışdır. Bell, David A. "Culture and Religion." Old Regime France: 1648–1788. Ed. William Doyle. Oxford [u.a.: Oxford Univ., 2003. 78–104. Print.
Keçmiş “Prokop” kafesi 1890-cı ildə birdəfəlik bağlanmışdır. “Jerom” adı ilə “L'Univers illustré” jurnalında çıxış edən Anatol Frans bu haqda yazırdı: Gérôme. Le Café Procope|https://gallica.bnf.fr/ark:/12148/bpt6k5736031x/f3|périodique=|467|1844|1890-07-26|2019-05-14.
"Prokop" XX əsrdən bu yana