Böyükayaq tapakulo () — Sərçəkimilər fəsiləsinə aid quş növü. Heç bir yarımnöv fərqlənmir. Əsas məskən yeri Perudur. Taksonomiya və sistematika 250px|thumb|right|Yayılması və yaşayış arealı, Perunun mərkəzi hissəsində And dağları Bir çox digər tapakulolardan fərqli olaraq, böyükayaq tapakulo təsvir edildiyi gündən bəri ayrı bir növ kimi qəbul edilib. Böyükayaq tapakulo monotipik növdür.Remsen, J. V., Jr., J. I. Areta, E. Bonaccorso, S. Claramunt, A. Jaramillo, D. F. Lane, J. F. Pacheco, M. B. Robbins, F. G. Stiles, and K. J. Zimmer. Version 19 January 2021. A classification of the bird species of South America. American Ornithological Society. https://www.museum.lsu.edu/~Remsen/SACCBaseline.htm retrieved January 19, 2021

Təsviri Böyükayaq tapakulonun uzunluğu 14 sm təşkil edir. Erkəklərin çəkisi 36–43 qram, iki dişinin çəkisi isə 32 və 32.5 qramdır. Bu, "Scytalopus" cinsinin ən böyük növüdür. Yetkin fərdlər tamamilə tünd boz rəngdədir. Cavan fərdlər yetkinlərdən daha açıq rəngdədirlər. Lakin zamanla yenə də tünd boz rəng olurlar. Cavan fərdlərin üst hissə lələkləri tünd qəhvəyi, alt hissə lələkləri isə açıq sarı və ya ağ rəngdədir.Krabbe, N. and T. S. Schulenberg (2020). Large-footed Tapaculo (Scytalopus macropus), version 1.0. In Birds of the World (J. del Hoyo, A. Elliott, J. Sargatal, D. A. Christie, and E. de Juana, Editors). Cornell Lab of Ornithology, Ithaca, NY, USA. https://doi.org/10.2173/bow.laftap1.01 retrieved May 2, 2021

Yayılması və yaşayış arealı Böyükayaq tapakuloya yalnız Perunun mərkəzi hissəsində And dağlarında, Amazonas departamentinin cənubundan Xunin departamentinə qədər olan ərazidə rast gəlinir. Əsasən elfin meşələrində və bulud meşələrində çaylar boyu yerləşən mamırlı bitki örtüyündə yaşayır. Dəniz səviyyəsindən 2400–3500 m yüksəklikdə yaşayan canlılardır.Krabbe, N. and T. S. Schulenberg (2020). Large-footed Tapaculo (Scytalopus macropus), version 1.0. In Birds of the World (J. del Hoyo, A. Elliott, J. Sargatal, D. A. Christie, and E. de Juana, Editors). Cornell Lab of Ornithology, Ithaca, NY, USA. https://doi.org/10.2173/bow.laftap1.01

Davranışı Böyükayaq tapakulonun qidalanması və çoxalma davranışları haqqında heç bir tədqiqat aparılmayıb. Böyükayaq tapakulonun çıxardığı səs "monoton bir sıra notlardan ibarətdir...adətən fərqli (adətən daha yüksək) notla səslər çıxarır."

Hazırki statusu "IUCN" Böyükayaq tapakulonu "ən az narahat edici" kimi qiymətləndirib. Bununla belə, onun yayılma sahəsi məhduddur, çox az məlumdur və yalnız bir qorunan ərazidə rast gəlinir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Həssas növlər Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər