Oyuncaq mançester teryeri - Teryer növünə aid olan it cinsi.
Tarix 19-cu əsrdə əsasən siçovul ovu üçün köhnə "Black and Tan Teryeri" ilə "Whippet" növlərinin cütləşməsindəndən yaranan Mançester teryeri cinsindən törəmişdir.
Xüsusiyyətlər Qısa tüklü, qəhvəyi işarələri olan, uzun ayaqlı, uzun quyruqlu və dik qulaqlı kiçik bir it cinsidir. Rəng və ümumi quruluş baxımından Oyuncaq Mançester teryeri, Mançester teryeri standartları ilə eynidir. Lakin Oyuncaq Mançester teryerinin çəkisi 5,4 kq-ı keçmir. Bundan əlavə, böyük Mançester teryeridən fərqli olaraq, Oyuncaq Mançester teryeri üçün kəsilmiş qulaqlar uyğunsuzluq sayılır. Qulaqlar geniş və ucu iti olmalıdır. "Zəng" formasında açılan qulaqlar ciddi bir qüsur sayılır və belə itlərin yetişdirilməsi arzuolunmazdır. "Black and Tan" (qara və qəhvəyi), itlərdə genetik testlərlə müəyyən edilə bilən bir tük rəngidir.
Ömrü 2024-cü ildə Böyük Britaniyada aparılan bir araşdırmaya görə, bu cinsin orta ömrü 13 ildir. Safqanlı itlər üçün orta ömür 12,7 il və mələz növlər üçün isə 12 ildir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Teryerlər Kateqoriya:ABŞ-nin it cinsləri