İqor Ponomaryov — Azərbaycanlı futbolçu və futbol mütəxəssisi. Ampluası yarımmüdafiəçidir. Əməkdar idman ustası və Prezident təqaüdçüsüdür.
Həyatı 24 fevral 1960-cı ildə Bakıda doğulub. Atası İqoru futbola gətirdi, lakin anası buna qarşı idi. Ata oğlunu məşqçi Ələkbər Cəfərova yazdırmaq istədi, amma onun bütün qrupları artıq dolmuşdu. Ona Vaqif Axundova müraciət etməyi tövsiyə etdilər, o da İqorun ilk məşqçisi oldu. İqor Ponomaryov Neftçi Bakı klubunun üzvü kimi SSRİ-nin olimpiya yığmasının tərkibində 1988-ci il Seul olimpiadasında qızıl medal qazanıb. Karyerasının çox hissəsini Bakı "Neftçi"də keçirib. 1982-ci ildə MOİK-in tərkibində hərbi xidmət keçdi və 1989-cu ildə İsveçin "Norrçyopinq" klubunda yarım mövsüm oynadı, onunla ölkə çempionu oldu, ancaq zədə səbəbindən karyerasını vaxtından əvvəl bitirmək məcburiyyətində qaldı. İqor 24 dəqiq yerinə yetirilən penalti ilə ardıcıl olaraq həyata keçirilən penaltilərin sayına görə SSRİ çempionatlarının rekordçusudur. Cəmi 34 penaltidən 31-i dəqiq reallaşdı. Futbolçunun fikrincə, onun uğurunun açarı onun soyuqqanlılığı, hisslərinə hakim ola bilməsi və əsəblərinin güclü olması idi.
Karyerasını başa vurduqdan sonra İsveçdə yaşayıb. İsveçin kiçik liqa komandalarını çalışdırdı. Baş məşqçi karyerası ərzində isə o, Azərbaycan yığması, Qarabağ və Xəzər-Lənkəran, eləcə də Rusiyanın "Maşuk-KMV" komandalarına rəhbərlik edib.
2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb. 24 fevral 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Hazırda 2018-ci ildən bəri Azərbaycanın "Sabah" futbol klubunun Müşahidə Şurasının üzvüdür. 2021-ci ildən həm də "Sabah"ın idman direktoru təyin olunub. 2019-cu ildə və 2024-cü ildə müvəqqəti olaraq klubun baş məşqçisi işləyib.
Anatoli Ponomaryovun atasıdır.
Uğurları 1988 Olimpiya çempionu 1989 İsveç çempionu. Avropa Gənclər çempionu (U-18) 1978. 19 yaşlılar arasında 1979 dünya çempionatının gümüş mükafatçısı. 1988-ci il SSRİ Federasiya Kubokunun finalçısı. Ardıcıl olaraq dəqiq vurulan penaltilərin sayına görə SSRİ çempionatlarının rekordçusu — 24 dəfə. SSRİ çempionatının 100 ən yaxşı bombardiri siyahısına daxildir (75-ci yer, "Dinamo" dan Pavel Vinkovatov (Kiyev), Donetsk "Şaxtyor" dan Viktor Qraçov və Tbilisi "Dinamo" dan Şota Yamanidze ilə birlikdə) — 66 qol. Altı dəfə SSRİ çempionatlarında "Neftçi"nin ən yaxşı bombardiri olub: 1979 (Nurməmmədovla birlikdə 5 qol, lakin Ponomaryov çempionatda 20 oyun daha az oynayıb — cəmi 14 oyunda), 1980, 1981, 1983, 1985 və 1988.
İstinadlar
Həmçinin bax
Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Xəzər-Lənkəran FK-nın baş məşqçiləri Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Qarabağ FK məşqçiləri Kateqoriya:Allsvenskan futbolçuları Kateqoriya:ÇSKA Moskva FK futbolçuları Kateqoriya:SSRİ milli futbol komandasının oyunçuları Kateqoriya:1988 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:1988 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:Olimpiya qızıl medalına sahib SSRİ idmançıları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının məşqçiləri Kateqoriya:"Şöhrət" ordeni ilə təltif edilənlər Kateqoriya:Olimpiya medallı futbolçular Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycan Premyer Liqası məşqçiləri Kateqoriya:Futbol üzrə olimpiya çempionları