Tükəzban Göyüşova (tam adı: Tükəzban Nizami qızı Göyüşova; ) — arxeoloq, tarix üzrə fəlsəfə doktoru, dosent. AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Orta və son tunc dövrü arxeologiyası" şöbəsinin aparıcı elmi işçisi. Azərbaycanın Qərb bölgəsinin, Gədəbəyin arxeoloji abidələrinin, qədim nekropollarının, siklopik tipli yaşayış yerlərinin — qalaçaların tədqiqatçısı. Həyatı Tükəzban Göyüşova 1972-ci il dekabrın 6-da Bakı şəhərində anadan olmuş, 1989-cu ildə Xətai rayonu 260 saylı orta məktəbi bitirmişdir. 1989-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni-maarif işi" fakültəsində təhsil almışdır.1995-ci ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Yeni tikinti sahələrində arxeoloji tədqiqatlar şöbəsində baş laborant vəzifəsində, 2000-ci ildə kiçik elmi işçi vəzifəsində çalışmış, 2001-ci ildə elmi işçi, 2012-ci ildə isə böyük elmi işçi vəzifələrinə keçirilmişdir. 2014-cü ildən isə o, "Orta və son tunc dövrü arxeologiyası" şöbəsinin aparıcı elmi işçisidir. 2010-cu ildə "Azərbaycanın tunc kəmərləri" adlı dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2019-cu ildə isə, Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür. Elmi məsləhətçisi t.ü.f. doktoru Qoşqarlı Qoşqar, elmi rəhbəri isə t.e.d., prof. Cəfərov Hidayət olub. O, 50-dən çox elmi məqalənin, 15-dək elmi hesabatın, xaricdə çapdan çıxmış 10 elmi əsərin, o cümlədən "Azərbaycanın tunc kəmərləri" adlı monoqrafiyanın müəllifidir. Ailəsi Tükəzban Göyüşova evlidir və 1 övladı var.

Tükəzban Göyüşova həmçinin, Qarabağın tanınmış ziyalı nəsli Göyüşovlar soyundandır.

Elmi fəaliyyəti Tükəzban Göyüşova 2008-ci ildən Gədəbəy arxeoloji ekspedisiyasına rəhbərlik edir və o, son 35 ildə Azərbaycanda yeganə qadın ekspedisiya rəhbəridir. O, əsasən Gədəbəyin siklopik tikililərində-qalaçalarında (son tunc-ilk dəmir dövrü yaşayış yerlərində), eyni zamanda qədim nekropollarda arxeoloji tədqiqatlar aparmışdır. Onun əsas tədqiqat sahəsi Azərbaycanın Tunc dövrü arxeologiyası, xüsusilə də bu dövrə aid tətbiqi sənətin qədim köklərini, onların ən bariz nümunəsi olan üzəri təsvirli tunc kəmərlərin öyrənilməsidir. O, Gədəbəyin "Leşkər" və "Govdu" qalaçalarında geniş miqyaslı arxeoloji tədqiqatlar aparmış, Gədəbəydə var olan 80-dək siklopik tikintilərdənİshaq Cəfərzadə tərəfindən Dəlmə qalaçası kimi qeydə alınmış qalaça, Tükəzban Göyüşova tərəfindən Leşkər qalaçası adı ilə elmi dövriyyəyə salınmışdır.

T.Göyüşova Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin ən yaxşı tədqiqatçılarındandır. O Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin öyrənilməsində yeri olan Gədəbəyin Daryurd daş qutu qəbirlərinin, Leşkər, Govdu qalaçalarının, eyni zamanda Koroğlu, Qız qalası adlı orta əsr qalaları arxeoloji abidələrinin ilk tədqiqatçısıdır. O, 2022-ci ildə Azərbaycan tarixində ilk dəfə olaraq Gədəbəyin orta əsr qalaları – Qalakənd kəndindəki Koroğlu qalası və Söyüdlü kəndindən 7-8 km aralıda yerləşən Qız qalasında arxeoloji qazıntı işləri aparmışdır. Gədəbəyin Ermənistanla həmsərhəd Şınıx və Göyəlli kəndlərində eramızdan əvvəl XIV-VIII əsrlərə aid qədim abidələrin aşkar edilməsində Tükəzban Göyüşovanın rolu böyükdür. Hörükdaş və Axçaçıxan adlanan abidələr son tunc dövrünə aid siklopik abidələrdir. Qazıntılardan əldə edilmiş minlərlə artefakt elmi tədqiqatdan sonra Gədəbəy Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilmiş, bununla da muzeyin elmi fondu xeyli zənginləşmişdir.

T.Göyüşova 1997-1998-ci illərdə Bakı-Supsa neft kəməri çəklişləri zamanı kəmərlərin əhatə etdiyi ərazilərdə aparılan arxeoloji tədqiqat işlərində fəal iştirak etmişdir. 2000-ci ildən etibarən Naxçıvan, Şəmkir, Tovuz, Gədəbəy, Ağstafa, Goranboy və digər yerlərdə fəaliyyət göstərən arxeoloji ekspedisiyaların tərkibində çalışmışdır.

2001-ci ildə Tükəzban Göyüşova, İlyas Babayevin rəhbərliyi altında Azərbaycan-Amerika beynəlxalq ekspedisiyanın tərkibində, 2007 və 2014-cü illərdə Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin mütəxəsislərini birləşdirən beynəlxalq tərkibli (Gədəbəy və Ağstafada) beynəlxalq ekspedisiyaların tərkibində fəaliyyət göstərmişdir.

T.Göyuşova hazırda professor H.Cəfərovun rəhbərliyi ilə "Kiçik Qafqazın maldar əhalisinin maddi-mənəvi mədəniyyəti" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Beynəlxalq elmi fəaliyyəti Tükəzban Göyüşova fəaliyyətə başladığı ildən etibarən dünyanın bir çox ölkəsində keçirilmiş beynəlxalq konfranslarda məruzləri ilə çıxış edərək, Azərbaycanı layiqincə təmsil etmişdir. O, konfranslardan bir çoxu aşağıda sadalanmışdır:

O, 2002-ci ildə Tiflis şəhərində keçirilən "Qafqazın arxeologiyası və etnologiyası" adlı beynəlxalq elmi konfransda "Cənubi Qafqazın tunc kəmərlərinin tədqiqi tarixi"; 2005-ci il dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən və Rusiya, Gürcüstan alim və mütəxəssisləri ilə yanaşı, Bakı-Tbilisi–Ceyhan əsas ixrac neft kəməri boyunca aparılan arxeoloji qazıntılarda iştirak edən ABŞ arxeoloqlarınında iştirak etdiyi "Qafqazın arxeologiyası, etnologiyası, folkloru" mövzusunda beynəlxalq konfransda "Mingəçevirdən tapılmış tunc ornamentli kəmər"; 2011-ci ildə Qazaxıstanın Almatı şəhərində təşkil edilmiş "Müstəqillik dövründə Qazaxıstan arxeologiyası: nəticələr, perspektivlər: Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyinə və A.X.Marqulan adına Arxeologiya İnstitutunun 20 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda "Gədəbəy rayonunun arxeoloji abidələri (2008-2010-cu illərdə aparılan qazıntılar əsasında)" mövzusunda; 2012-ci ildə Qəbələdə keçirilən "Azərbaycanın Qədim Şəhər Mədəniyyəti Dünya Urbanizasiya Kontekstində" mövzusunda beynəlxalq elmi konfransında "Gədəbəy rayonunda siklopik tikililərdə aparılmış son tədqiqatlar"; 2013-cü ilin 10-14 noyabr tarixlərində "Azərbaycan arxeologiya və etnoqrafiya elmləri müstəqillik illərində" mövzusunda təşkil edilmiş beynəlxalq konfransda "Gədəbəy rayonunun arxeoloji abidələrinin tədqiqi tarixi və rayonda aparılan son tədqiqatlar haqqında"; 2015-ci il sentyabrın 22-də Qazaxda "Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası (udilər)" mövzusunda keçirilən beynəlxalq konfransda "Qafqaz Albaniyası və arxeoloji qazıntılar" barədə çıxış etmiş; 2016-cı ilin 25-27 aprel tarixlərində Moskvada keçirilmiş, Mariya Nikolayevna Poqrebovanın 90 illik xatirəsinə həsr olunmuş "Son tunc-ilk dəmir dövründə Cənubi Qafqaz və çölü" beynəlxalq elmi konfransında "Gədəbəydən tapılmış bir tunc kəmər haqqında"; 2016-cı il noyabrın 28-də AMEA-nın əsas binasında Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə keçirilən "Qarabağın arxeoloji irsi" mövzusunda beynəlxalq elmi konfransda; 2022-ci il 17-19 may tarixlərində Ağdam rayonunun Quzanlı qəsəbəsində təşkil edilmiş V beynəlxalq "Həmzə Nigari" simpoziumunda "Gədəbəyin orta əsr arxeoloji abidələri" məruzələri ilə çıxış etmişdir.

Tükəzban Göyüşova 16-18 may 2025-ci il tarixlərində Qarabağ Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Turizm və Menecment Universitetinin müvafiq fakültələrinin birgə təşkilatçılığı ilə "Mədəni irs və Türk mirası" mövzusunda keçirilən VI Beynəlxalq Səyahət və Turizm Dinamikası Konfransında iştirak etmişdir.

Elmi əsərləri

Mingəçevirin tunc kəmərləri. Elmi axtarışlar ВЫЫ топлу. Бакы, 2002, s. 185-188 К истории изучения бронзовых поясов Южного Кавказа. Международная Научная Конференция. Археология, Этнология и фольклористика Кавказа. Тбилиси, 2002. s. 67-69 2002-ci ildə Culfa rayonu ərazisində aparılmış arxeoloji tədqiqatlar haqqında. Arxeologiya və Etnoqrafiya institutunun 10 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, 2003. s. 39-41 Бронзовые пояса в музейных коллекцияхАзербайджана. Международная Научная Конференция. Археология, Этнология и фольклористика Кавказа. Tбилиси, 2004. s. 54-55 Бронзовый орнаментированный пояс из Мингечаура. Международная научная конференция. Археология, Этнология и фольклористика Кавказа. Баку, 2005 Орнаменты и сюжеты на бронзовых поясах из Азербайджана и их параллели на изделиях кобанской культуры. 2003-2004-ъц иллярдя апарылмыш археоложи вя етнографик тядгигатларын йекунларына щяср олунмуш елми сессийанын материаллары. Бакы, 2005. с. 111-113 Gədəbəy-Daryurd nekropolu. Azərbaycan Arxeologiya və Etnoqrafiyası 2005 №2. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Бakı, 2006s. 13-18 2006-cı ildə Gədəbəy rayonunda aparılmış arxeoloji tədqiqatlar. 2006-2007-ci illərdə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları. A.A Abbasovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi sessiyanın materialları. Bakı, 2007. s. 66-68 Azərbaycanın tunc kəmərlərinin oöyrənilmə tarixinə dair. Azərbaycan Arxeologiya və Etnoqrafiyası 2007 № 1. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bakı, 2008, s. 68-75 О бронзовом поясе из Апшерона. Международная Научная Конференция. Археология, Этнология и фольклористика Кавказа. Шамкир, 2008. s.167-172 XIX əsrin sonlarında və XX əsrin əvvələrində Şəmkir rayonu ərazisində aparılan arxeoloji qazıntılar. Şəmkir arxeoloji irsi tarixi və memarlığı. Birinci Respublika elmi praktiki konfransının materialları. Şəmkir 2007, Bakı, 2008, s. 221-225. Gədəbəy rayonunun Daryurd nekropolunda arxeoloji tədqiqatlar. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycanda arxeoloji qazıntılar 2008. Bakı, 2008, s. 49-52 Xocalının tunc kəmərləri. Qarabağın tarixi, arxeologiyası, etnoqrafiyası və Bərdə şəhərinin 3000 illiyi. Elmi Praktik Konfransının materialları. Bakı, 2009. s.55 Астральные изображения на бронзовых поясах, выявленных в Азербайджане. «Научное Обозрение» Ежеквартальный сборник статей выпуск № 46. Махачкала, 2009. s.3-8 Образ рыбы в изобразительном искусстве Азербайджана. Международная Научная Конференция. Археология, Этнология и фольклористика Кавказа. Тбилиси, 2009. s. 120-123 Azərbaycanda maral kultu (son tunc – ilk dəmir dövrü materialları əsasında) AMEA-nın Xəbərləri, Tarix, fəlsəfə və hüquq seriyası 2010, s. 82-97 Daryurd nekropolları, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycanda arxeoloji qazıntılar 2009. Bakı, 2010, s. 113-119 Технология изготовления бронзовых поясов в эпоху поздней бронзы Азербайджана. Кавказ и мир Международный научный журнал № 7. Тибилиси 2010, c..149-159 Govurqala alban şəhərinin xarabalığıdır Antik və orta əsr Azərbaycan şəhərləri: arxeoloji irsi, tarixi və memarlığı. 27-28 oktyabr 2010. Azərbaycan-Şəmkir-Gədəbəy. Beynəlxalq elmi konfransın materialları, s. 205-213 Gədəbəydə arxeoloji tədqiqatlar. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycanda Arxeoloji tədqiqatlar 2010. Bakı 2011, s. 112-118 Azərbaycanın tunc kəmərləri. Gənc Alimlərin I respublika İnnovativ İdeya yarmarkası. 18-23 noyabr. Bakı 2010. s. 95-96 Археологические памятники Кедабекского района(по материалам раскопок 2008-2010гг.). Комитет науки Министерства образования и науки Республики Казахстан. Институт Археологии им. А.Х.Маргулана. Материалы международной научной конференции: «Археология Казахстана в эпоху независимости: итоги, перспективы», посвященной 20 –летию Института Археологии им.А.Х.Маргулана. 12-15 декабря 2011 г., Алматы Том I. Алматы-2011 Стр.380-388 Геометрические фигуры на бронзовых поясах из Азербайджана. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycan Arxeologiyası və Etnoqrafiyası 2011. № I. s.71-75 Gədəbəydə arxeoloji tədqiqatlar. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. AZərbaycanda Arxeoloji tədqiqatlar 2011. Bakı 2012. s. 346-351 Gədəbəy rayonunda aparılmış arxeoloji tədqiqatlar. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycanda arxeoloji Tədqiqatlar 2012. Bakı-2013. s.145-149 К истории изучения Археологических памятников Гядабейского района и последние исследования в регионе. Azərbaycan Milli Elmlər Akademiyası, Arxeologiya və etnoqrafiya İnstitutu.İnstitutun yaradılmasının 20 illiyinə həsr olunmuş “Azərbaycan Arxeologiya və Etnoqrafiya Elmləri müstəqillik illərində” Beynəlxalq Elmi Konfrans materialları. Bakı,10-14 Noyabr 2013, s.109-110